reklam
Regionxeberlericom.az » Cəmiyyət » Koreya Futbol Assosiasiyası FİFA-ya şikayət etdi

reklam

Koreya Futbol Assosiasiyası FİFA-ya şikayət etdi









Koreya Futbol Assosiasiyası "Vulverhempton"un hücumçusu Hvanq Hi Çanın məruz qaldığı irqçi hərəkətlərlə bağlı FİFA-ya şikayət edib.

Assosiasiya öz məktubunda "Komo" ilə yoldaşlıq oyunu zamanı baş vermiş insidentlə bağlı ciddi narahatlığını ifadə edib və futbol meydançasında irqçiliyin kökünün kəsilməsi üçün FİFA-dan məsul şəxslərə qarşı sanksiyaların gücləndirilməsini istəyib.

Qeyd edək ki, Cənubi Koreyalı futbolçu yoldaşlıq görüşündə onun ünvanına irqçi ifadələrlə üzləşib. Bu, komanda yoldaşlarının qəzəbli reaksiyasına səbəb olub. "Vulverhempton"un yarımmüdafiəçisi Daniel Podens münaqişə zamanı İtaliya yığmasının oyunçusunu vurub, ona görə də meydandan qovulub.

Xatırladaq ki, Hvanq Hi Çan 2021-ci ildən "Vulverhempton"da oynayır. O, 2016-cı ildən Koreya millisində çıxış edir.




Paylaş:


Müəllif : Tarix:
21-07-2024, 14:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər