reklam
Regionxeberlericom.az » Cəmiyyət » Daha bir sabiq deputatın qızı bu dairədən namizəddir

reklam

Daha bir sabiq deputatın qızı bu dairədən namizəddir
















Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərinin siyahısı açıqlanıb.

Siyahıda bir sıra yeni ismlər də var. Xalq.az həmin şəxslərin kimliyi ilə bağlı araşdırmalar aparır.

Araşdırmalarımız görə 12 saylı Xəzər birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Maniyeva Aygün Şaitdin qızıdır. Aygün Maniyeva 156 nömrəli məktəbin psixoloqudur.

Məlumatına görə, Aygün Maniyeva Milli Məclisin keçmiş deputatı Şaitdin Əliyevin qızıdır.













Şaitdin Əliyev birinci və ikinci çağırış (1995-2000 və 2000-2005) Milli Məclisin üzvü olub. Daha sonra o, 2010-cu ilin iyun ayında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilib. Ş.Əliyev MSK-ya parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının nümayəndəsi kimi üzv seçilib. O, bir müddət MSK-nın sədr müavini də olub. Hazırda MSK üzvü kimi fəaliyyət göstərir.Ş.Əliyev əvvəl bitərəf olub, 2000-ci ildən isə Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.

Qeyd edək ki Şaitdin Əliyevin oğlu Zaur Əliyev Xəzər rayon icra hakimiyyətində hüquq şöbəsinin müdiridir.




Paylaş:


Müəllif : Tarix:
22-07-2024, 09:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər