reklam
Regionxeberlericom.az » Cəmiyyət » Keçmiş nazir həbsxanada intihara cəhd etdi - Xəstəxanaya yerləşdirilib

reklam

Keçmiş nazir həbsxanada intihara cəhd etdi - Xəstəxanaya yerləşdirilib



















Dağıstanın keçmiş idman naziri Maqomed Maqomedov Moskvanın “Matrosskaya Tişina” istintaq təcridxanasından kəsik xəsarətləri ilə Sklifosovski adına Elmi-Tədqiqat İnstitututunun xəstəxanasına yerləşdirilib.

Rusiya mətbuatı xəbər verir ki, o, korrupsiya ittihamı ilə düşdüyü vaxtdan orada həbsdədir.

Yerli media adı çəkilməyən mənbələrə istinadən 67 yaşlı məmurun intihara cəhd etdiyini iddia edir. Səhər onu kamerada mühafizəçilər yaralı vəziyyətdə tapıblar.

Bildirilir ki, Maqomedovun vəziyyəti həkimlər tərəfindən orta ağır qiymətləndirilir və həyatı üçün təhlükə yoxdur.

Maqomedov 2012-2021-ci illərdə Dağıstanın idman naziri olub. Bundan əvvəl o, regional parlamentə seçilib. Sonra Mahaçqalanın şimal-qərbində yerləşən Qızılyurd şəhərinin meri vəzifəsində çalışıb. O, oktyabrda Moskvadan Dağıstana gələn FSB xüsusi təyinatlıları tərəfindən saxlanılıb. O, mənimsəmədə ittiham olunur.

Əvvəllər Maqomedovun həyatına ən azı iki dəfə sui-qəsdə cəhd edilib. 2005-ci ildə Qızılyurdda onun cipi avtomatdan atəşə tutulub, qardaşı oğlu həlak olub. 2011-ci ildə Maqomedovun kortejinin yolunda avtomobil partladılıb, 11 yaşlı uşaq və bir polis əməkdaşı da daxil olmaqla 8 nəfər həlak olub.




Paylaş:


Müəllif : Tarix:
22-07-2024, 11:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər