reklam
Regionxeberlericom.az » Cəmiyyət » Cennifer 55 yaşını qeyd etdi - Afflek gəlmədi - Fotolar

reklam

Cennifer 55 yaşını qeyd etdi - Afflek gəlmədi - Fotolar
















Məşhur amerikalı müğənni və aktrisa Cennifer Lopez özünə ad günü məclisi keçirib.

“People” nəşri məlumatına görə, doğum günü iyulun 24-ü olan sənətçi məclisi 20-də təşkil edib.

Tədbir Hamptonsda “Bridgerton” (“Netflix” serialı) tərzində baş tutub.

Gecədə qonaqlar kraliyyət ailəsi üslubunda geyimləri ilə diqqət çəkiblər. Lopezin anası Qvadelupe Rodriges də məclisdə iştirak edib. Məlumata görə, qonaqlar arasında “The Mother” filmində Lopezlə birlikdə çəkilən Sarah Cesika Parker və Lusi Paez də olub. 

Bir müddətdir aralarında mübahisələr olduğu deyilən əri Ben Afflek sənətçini xoş günündə tək qoyub. Cütlüyə yaxın mənbə nəşrə Benin qonaqlar arasında olmadığını bildirib.

Qeyd edək ki, Cennifer Lopez 18 illik ayrılıqdan sonra 2021-ci ildə Ben Affleklə yenidən bir araya gəlib. Onlar ötən ilin iyul ayında gizli şəkildə evləniblər. Lakin son 3-4 aydır cütlüyün münasibətlərində mübahisələr yarandığı deyilir. Hətda ayrılıq xəbərləri fonunda Hollivud ulduzlarının birgə yaşadıqları evlərini satışa çıxardıqları bildirilir.





Paylaş:


Müəllif : Tarix:
22-07-2024, 14:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər