reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ədalər Partiyası seçkilərdə iştirak edəcək – SİYAHI

reklam

Ədalər Partiyası seçkilərdə iştirak edəcək – SİYAHI
















Ədalət Partiyası sentyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak etmək barədə qərar qəbul edib.

Bu barədə “AzPolitika”-ya partiya sədrinin təşkilatı məsələlər üzrə müavini Mütəllim Rəhimli məlumat verib. O bildirib ki, davamlı müzakirələr nəticəsində qərara alınıb ki, Ədalət partiyası seçkilərə qoşulsun. “Ali Məclisin iclasında fərqli fikirlərə və arqumentlərə baxmayaraq, partiyanın seçkilərə qoşulması və öz namizədlərini irəli sürməsi məqbul hesab edilib”, – M.Rəhimli deyib. İlkin mərhələdə partiyadan aşağıdakı şəxslərin namizədliyi irəli sürülüb:

1. Xudiyev Vəli Ağalar oğlu - 13 saylı Xəzər ikinci Seçki Dairəsi

2. Dadaşova Vüsalə Valeh qızı - 15 saylı Yasamal birinci Seçki Dairəsi

3. Rəhimov Mütəllim Qara oğlu - 17 saylı Yasamal üçüncü Seçki Dairəsi

4. Kərimov Xətai Nadir oğlu - 31 saylı Suraxanı ikinci Seçki Dairəsi

5. Şıxməmmədov Əfrayıl Rəfayıl oğlu - 87 saylı Qobustan - Şamaxı – İsmayıllı Seçki Dairəsi

6. Qurbanov Elçin İbad oğlu - 105 saylı Tovuz - Gədəbəy Seçki Dairəsi

7. Quliyev Famil Vəli oğlu - 107 saylı Tovuz - Qazax – Ağstafa Seçki Dairəsi

8. Məhərrəmli Çingiz Məmmədəli oğlu - 109 saylı Qazax Seçki Dairəsi

Məlumatda qeyd olunur ki, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Ali Məclisin sədri Meydan Babayev, partiya sədrinin siyasi məsələlər üzrə müavini Elxan Şükürlü seçkilərdə namizədliklərini verməyiblər.















Qeyd olunur ki, artıq MSK-da partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb və namizədlərin sənədləri müvafiq dairə seçki komissiyalarına təqdim olunub.




Paylaş:


Müəllif : Tarix:
22-07-2024, 14:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər