reklam
Regionxeberlericom.az » Cəmiyyət » “16 namizəd artıq qeydə alınıb”

reklam

“16 namizəd artıq qeydə alınıb”









“2024-cü ilin sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 1048 nəfər  müraciət edib”.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın iyulun 22- də keçirilən iclasında deyib.

MSK sədri qeyd edib ki, 700 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib. Onlardan 609 nəfər imza vərəqi alıb, 57 nəfər isə geri qaytarıb. 

“16 nəfər namizəd isə artıq qeydə alınıb”, - deyə M. Pənahov vurğulayıb.

O əlavə edib ki, 2024- cü ilin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərini izləmək üçün indiyədək Mərkəzi Seçki Komissiyasında 480 nəfər yerli müşahidəçi qeydə alınıb.

M. Pənahov bildirib ki, müşahidəçilərin 344 nəfəri öz təşəbbüsü, 10 nəfəri Qeyri-Hökumət Təşkilatlarının xətti ilə, 126 nəfər isə xüsusi icazə almış müşahidəçilərdir.




Paylaş:


Müəllif : Tarix:
22-07-2024, 22:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər