reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Ermənistanın siyasi xadimləri də Bakıya gəliblər”

reklam

“Ermənistanın siyasi xadimləri də Bakıya gəliblər”
















Azərbaycan Ermənistanı COP29 iqlim sammitinə dəvət edib. Hikmət Hacıyev II Qlobal Media Forumunda xarici jurnalistlərə açıqlamasında Muxtar Babayevin (COP29-un prezidenti) Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərdiyini bildirib.

Maraqlıdır, Ermənistan Bakının bu jestini necə dəyərləndirəcək?

RegionXəbərləricoma.z konkret.az-a istinadla xəbər verir ki, politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, Azərbaycan dövləti beynəlxalq miqyasda mühüm tədbir keçirmək üçün səlahiyyət alıb və bu səlahiyyəti yerinə yetirmək məqəsdilə ölkəmiz BMT-yə üzv olan bütün dövlətlərin hökumətlərinə, o cümlədən Ermənistana rəsmi dəvətnamə göndərib:

“İndi Ermənistanın özü qərar verməlidir ki, bu rəsmi dəvəti qəbul edəcək, ya yox, Bakıdakı tədbirə nümayəndə heyəti göndərəcək, ya göndərməyəcək? Bu, onların öz işidir. Biz COP-29-a ev sahibliyi edən tərəf kimi məsuliyyəti üzərimizə götürərək onlara dəvətnamə göndərmişik. Onlar da Bakıya göndərəcəkləri nümayəndə heyətinin tərkibi ilə bağlı Azərbaycan tərəfini məlumatlandırmalıdır. Azərbaycan tərəfi hətta onlara viza tədarükü də görəcək. Ola bilsin ki, həmin tədbirə gələn nümayəndə heyətini vizadan azad da etsin. Ümumiyyətlə, bu tədbirin təşkili və keçirilməsi mürəkkəb prosesdir”.

Zərdüşt Əlizadə hesab edir ki, Ermənistan nümayəndə heyətinin Bakıya gəlməsinin müsbət nəticələri ola bilər:

“Ermənistan nümayəndə heyətinin ölkəmizə gəlməsinin müsbət tərəfləri var. Ermənilər ölkəmizlə tanış olmalı, çoxtərəfli və ikitərəfli görüşlər keçirilməlidirlər. Münaqişə illərində Azərbaycan dövlətinin nümayəndə heyəti dəfələrlə Ermənistana gedib, Ermənistanın da nümayəndə heyətləri Bakıya gəlib. Eyni zamanda, ictimai təşkilatların nümayəndələri Bakıya və Ermənistana qarşılıqlı səfərlər ediblər.

Şəxsən mən özüm 3-4 dəfə Ermənistanda olmuşam. 2020-ci ilin əvvələrində də Ermənistana getmişdim. Ermənistanın siyasi xadimləri, dövlət işçiləri və rəhbərləri də Bakıya gəliblər. Yəni COP-29 Azərbaycan və Ermənistan nümayəndə heyətlərini görüşdürəcək ilk tədbir deyil”.




Paylaş:


Müəllif : Tarix:
22-07-2024, 22:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər