reklam
Regionxeberlericom.az » Cəmiyyət » BBC ixtisarlara hazırlaşır

reklam

BBC ixtisarlara hazırlaşır
















Britaniyanın BBC yayım korporasiyası xərclərin azaldılması proqramı çərçivəsində təxminən 500 işçisini ixtisar etməyi planlaşdırır.

Financial Times xəbər verir ki, BBC öz gəlirini evdə televizoru olan bütün britaniyalıların ödədiyi ildə 169,5 funt sterlinq (219 dollar) məbləğində məcburi ödənişdən əldə edir.

İllik hesabatda göstərilir ki, ötən ilin sonunda ölkədə təxminən 23,9 milyon belə ev təsərrüfatları olub ki, bu da bir il əvvəlkindən 500 min azdır.

2010-cu ildən bəri illik gəlirlər üçdə bir və ya ildə təxminən 1 milyard funt sterlinq azalıb.

Bu il BBC-nin sədri olan Samir Şah xəbərdarlıq edib ki, gəlirlərin azalması məzmun büdcələrinə mənfi təsir göstərir.

Təxminən 21,8 min nəfərin çalışdığı korporasiyanın rəhbərliyi rəqəmsal yayıma sərmayənin artırılması da daxil olmaqla, “dəyişiklik tempini sürətləndirəcəyinə” söz verib.

BBC-nin illik hesabatında həmçinin qeyd olunur ki, korporasiyada ən yüksək maaş alan aparıcı, son bir ildə 1,3 milyon funt sterlinqdən çox qazanan "Günün matçı" proqramının aparıcısı olan məşhur keçmiş futbolçu Qari Lineker olaraq qalır. BBC-nin baş direktoru Tim Devi xeyli az - 525 min funt-sterlinq alıb.





Paylaş:


Müəllif : Tarix:
23-07-2024, 19:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər