“Gələn ildən minimum əməkhaqqı ilə bağlı qərarın verilməsi gözlənilir” - Deputat
Minimum əməkhaqqının artım faizinin ikirəqəmli olacağı gözlənilir.
RegionXəbərləricom.az Trend-ə istinadla xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov danışıb.
O qeyd edib ki, hazırlanan təkliflər hökumətdə müzakirə edildikən sonra büdcə paketi çərçivəsində baxılacaq.
"Gələn ildən minimum əməkhaqqı ilə bağlı qərarın verilməsi gözlənilir. Təkliflər hələ də hazırlandığı üçün minimum əməkhaqqının nə qədər artacağı ilə bağlı konkret məlumat yoxdur. Biz minimum əməkhaqqının artırılması ilə təklfilərimizi təqdim edirik. Xüsusən nəzərə alsaq ki, minimum əməkhaqqı artırılan zaman birmənalı şəkildə ötən müddətdə orta aylıq əməkhaqqındakı artım faizi, eləcə də, inflyasiya səviyyəsinin nəzərə alınmasına ehtiyac var.
Nəzərə alsaq ki, ötən müddətdə inflyasiya səviyyəsi ikirəqəmli olub. Ona görə də bizim gözləntimiz bundan ibarətdir ki, minimum əməkhaqqının ikirəqəmli həddində artırılması ilə bağlı qərarın verilməsi məqsədəuyğundur. Artım faizinin ikirəqəmli olacağı gözlənilir. Bu ilin payızında konkret rəqəmin təqdim edilməsi və rəsmi müzakirəsi mümkün olacaq", - deyə V.Bayramov bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-07-2024, 19:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər