reklam
Regionxeberlericom.az » Cəmiyyət » Keçmiş deputatlığa namizəd həbs edilib

reklam

Keçmiş deputatlığa namizəd həbs edilib

















2020-ci ildə Milli Məclisə növbədənkənar seçkilərdə 109 saylı Balakən seçki dairəsindən deputatlığa namizəd olmuş Vüqar Məmmədov həbs edilib.

İxtisasca hüquqşünas olan Məmmədov Vüqar Seyfulla oğlu 5 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur.

Keçmiş deputatlığa namizəd zərərçəkmişlərə yaxınlarını dövlət qurumlarında işə düzəldəcəyi, torpaq sahələrinin özəlləşdirilməsinə və həbsdə olan şəxsin cəzasını yüngülləşdirməsinə dəstək göstərəcəyi barədə yalan vədlər verib. İttihama görə, o, zərərçəkmişlərin ümumilikdə 173 min 600 manat pulunu ələ keçirib.

Zəli biznesi ilə də məşğul olmuş V.Məmmədov özünü təqsirli bilmir, zərərçəkmişlərin ona böhtan atdığını deyir. O, həmin şəxslərdən birini - Sarvan Alıyevi tanıdığını, seçki kampaniyasında könüllü dəstək olmaq üçün namizədə pul verdiyini bildirib. Məqsəd isə deputat seçiləcəyi təqdirdə həmin şəxsə kommersiya məqsədilə torpaq sənədləşdirməyə köməklik göstərilməsi olub.

Dediyinə görə, seçki kampaniyasında ona fərqli məqsədlərlə 200 min manat ianə ediblər. Həmin pullar da seçki qərargahının icarəyə götürülməsinə, təşviqat işlərinə və digər yerlərə xərclənib.

Toplanmış sübutlar əsasında Vüqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (təkrar külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.





Paylaş:


Müəllif : Tarix:
24-07-2024, 11:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər