reklam
Regionxeberlericom.az » Cəmiyyət » Xalq artisti davaya “Ermənisən?!” sözü ilə başladı, sonra baltaya keçdi – Yeni təfərrüatlar - Video

reklam

Xalq artisti davaya “Ermənisən?!” sözü ilə başladı, sonra baltaya keçdi – Yeni təfərrüatlar - Video


















2 gün əvvəl, iyulun 22-də, səhər 7 radələrində xalq artisti Ağadadaş Ağayevin “Medera” klinikasına əlibaltalı hucumu geniş müzakirələrə yol açıb.

RegionXəbərləricom.az  xəbər verir ki, Musavat TV əməkdaşları insidentin baş verdiyi Binəqədi rayonu, Əcəmi Naxçıvani 53 ünvanına baş çəkiblər.

Xalq artistinin yaşadığı ünvanla “Medera” klinikası üz-üzədir. Ağadadaş Ağayev özünə məxsus olan “Büsat” şadlıq evinin həyətində ikimərtəbəli ev tikib, orada yaşayır.

İnsident baş verən gün Ağadadaş Ağayev yaşadığı evin həyətindən çıxıb və 20 addımlıq yolu keçməklə birbaşa “Medera” klinikanın həyətinə, mühafizəçi postuna yaxınlaşıb.

Ağadadaş Ağayev insidentdən 1 gün əvvəl klinikada olub, orada qulağında yaranan problem tibbi müdaxilə ilə aradan qaldırılıb. Ertəsi gün o, qulağındakı ağrılarla bağlı yenidən klinikaya müraciət edib. O, mühafizəçidən tələb edib ki, vəziyyəti ilə bağlı evinə həkim göndərilsin. Mühafizəçi isə belə bir səlahiyyətinin olmadığını, həkim üçün birbaşa klinikaın özünə yaxınlaşmalı olduğunu deyib.

Mühafizəçinin cavabı Xalq artistinin xoşuna gəlməyib, tərəflər arasında sözlü mübahisə yaranıb. A. Ağayev mühafizəçinin ünvanına xoş olmayan sözlər deyib, o cümlədən “Ermənisən?!”. Mühafizəçi də xalq artistinə cavab qaytarıb.

Mübahisə Xalq artistinin evinə gedib oradan balta ilə geri qayıtması ilə daha da qızışıb, balta-yumruq-təpik davasına qədər böyüyüb.

Mühafizəçi evi tərəfdən əlibaltalı Xalq artistinin ona tərəf gəldiyini, aqressiv şəkildə ona qarşı nalayiq sözlər işlətdiyini görəcək postunu qoyaraq “Medera” klinikaının giriş qapısına tərəf qaçıb.

Mühafizə postu ilə “Medera” klinikasının giriş qapısı arasındakı təxminən 50 addımlıq yol var. Xalq artisti Ağadadaş Ağayev mühafizəçi Nurəddin Cəlilova “Medera” klinikaının giriş qapısı yaxınlığında çataraq əlindəki baltanı ona tərəf atıb. Balta mühafizəçiyə dəyməsə də, yerə çırpılaraq sürətlə klinikaın daxilindəki xadimə Nəzakət Paşayevanın ayağına dəyib və onu yaralayıb.

Nurəddin Cəlilov xalq artistinin ona balta atmasından sonra tərkisilah olduğunu görəcək ona tərəf addımlayıb, bu zaman Ağadadaş Ağayev onun sifət nayihəsinə yumruq zərbəsi vurub. Bundan sonrası da yayılmış videolarda açıq-aydın görünür.

“Medera” klinikaının hüquqşünası Xeyransa Babayeva Musavat TV əməkdaşına eksklüziv açıqlamasında Ağadadaş Ağayevi ittiham edib.

“Adam əlində balta hucum edir. Mühafizə xidmətiinin əməkdaşı klinikaya tərəf gəlib ki, Ağadadaş Ağayev əlində balta klinikaya daxil olmasın. Ağadadaş Ağayev baltanı klinikanın içinə tərəf tullayır. Balta da klinikanın daxilində xadimə Nəzakət Paşayevanın ayağına dəyib. Hətta klinikanın işçiləri baltanı götürüb gizlədiblər ki, Ağadadaş Ağayev həmin baltanı kiməsə vurma ehtimalının qarşısını alsınlar. Bunun videosu da var. İsitntaq bununla bağlı yəqin ki, açıqlama verəcək”.

Hüquqşünas tərəflər arasında mübahisənin Ağadadaş Ağayevin mühafizəçiyə “ermənisən” deyə müraciətindən sonra qızışdığını təsdiqləyib. O deyib ki, xalq artistinin əlibaltalı hucumu ilə bağlı hələ ki, “Medera” klinikaının rəhbərliyi hüquq-mühafizə orqanlarına hər hansı bir şikayət ünvanlamayıb.

Xeyransa Babayeva bildirib ki, insident zamanı xadimə Nəzakət Paşayeva ayağından xəsarət alıb, mühafizəçi Nurəddin Cəlilovun isə burnu sındırılıb.

Hazırda faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırıma aparılır.




Paylaş:


Müəllif : Tarix:
24-07-2024, 22:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər