Azərbaycanda bu avtomobillər gömrükdən azad ediləcək? - Ekspert tarix verdi

Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı qəbul edilib. Bu proqrama əsasən, yol hərəkəti tam təhlükəsiz olmalı və insan sağlamlığına zərər vurmayan nəqliyyat vasitələrinə üstünlük verilməlidir. İnsan sağlamlığına zərər yetirməyən avtomobillərin siyahısına hibrid və elektrikli maşınlar daxildir.
Bəs ölkəmizdə bu maşınlardan istifadə edənlərin sayını artırmaq üçün hansı addımlar atıla bilər?
Bu barədə “Yeni Sabah”a danışan iqtisadçı ekspert Nemət Əliyev qeyd edib ki, belə avtomobillərin sayının Azərbaycanda artması üçün illər lazımdır:
“Azərbaycanda bu tip avtomobillər istehsal olunmur. Ümumiyyətlə, Azərbaycanda “NAZ Lifan” markalı maşından başqa avtomobl istehsal olunmur. O da bu tələblərə cavab vermir. Ekoloji cəhətdən tarazlığı təmin edən bu avtomobillərin ölkəyə gətirilməsini stimullaşdırmaq lazımdır.
Bunun üçün idxal gömrük rüsumunun aşağı salınması ilə, əlavə dəyər vergisinin azad etməklə və yaxud da başqa güzəştlər nəzərdə tutula bilər. Misal üçün, həmin avtomobillərin ölkəyə gətirilməsi qiymətlərinə də güzəştlər tətbiq oluna bilər.
Açığı bunun belə tezliklə baş verəcəyini mən düşünmürəm, real deyil. Əgər dünya bazarında bu avtomobillərin qiymətləri ucuzlaşsa, xalqın cibinə uyğun olsa, o zaman həmin avtomobillərin bizim ölkəyə gətirilməsini sürətləndirə bilərik. Bu isiqamətdə atılmış, ekoloji cəhətdən təmiz olan avtomobillərin ölkəyə gətirilməsi ilə bağlı hər cür addım müsbət hesab olunmalıdır. Amma Azərbaycanda belə avtomobillərin 1-2 il müddətində istifadəsini düşünmək sadəlövhlük olar”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:26-09-2019, 16:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:26-09-2019, 16:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:01
Dünən, 12:52
Dünən, 12:39

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB