reklam
Regionxeberlericom.az » Cəmiyyət » 4 uşaq anası ünvanlı sosial yardım ala bilmir – ŞİKAYƏT

reklam

4 uşaq anası ünvanlı sosial yardım ala bilmir – ŞİKAYƏT











Mehtiyeva Validə: “Yoldaşımın ağciyəri və qaraciyəri yoxdur, əlillik vermirlər”

Zərdab rayonunun Qoruqbağı sakini Mehtiyeva Validə Yahya qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu gəlib. Vətəndaş iddia edir ki, həyat yoldaşı Mehtiyev Muxalif Məhərrəm oğlu hərbi xidmət zamanı ağciyəri və qaraciyəri sıradan çıxıb, vərəmdir, ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən əlillik ala bilmir:

“Mən, Mehdiyeva Validə Yəhya qızı, yazaraq nəzərinizə çatdırmaq istəyirəm ki, hazırda ailəmizdə dolanışıq yoxdur. 3 övladım var, məktəbə gedirlər. Həyat yoldaşım Murovda hərbi xidmətdə olanda ağciyəri çürüyüb, ovuc boyda qalıb. Əsgərlikdən qayıdandan sonra valideynləri onu nəzarətsiz qoyur və maraqlanmır. Nəticədə halı getdikcə pisləşir, vərəm xəstəsidir. Qaraciyəri də elə bərbad vəziyyətdədir.

Yoldaşımın ağciyəri və qaraciyəri yoxdur, əlillik vermirlər.

Zərdab Rayon Mərkəzi xəstəxanası yoldaşıma təkcə həbləri verir, digər dərmanları vermir. Deyir, özün al, biz verə bilmirik. Amma sənədində qeyd edib ki, dövlət tərəfindən təmin olunmalıdır. Sözügedən xəstəxana ancaq həb verir. Dərman preparatının bu versiyası 1 şeyə xeyirdirsə, bədənin 10 nahiyəsində problem yaradır. Gərək ona sistem köçürülməlidir, güclü müalicələr edilmlidir.

II qrup əlil olsa da, bu barədə heç bir sənəd əldə edə bilmir. Ünvanlı sosial yardım almıram, uşaq pulu və təqaüd almıram. İşsizəm, gəlir yerim yoxdur. Hazırda hamiləyəm. Dördüncü uşağa necə baxacağıq, bilmirəm.

Mehtiyev Muxalif Məhərrəm oğluna uşaqlarımızın sayına uyğun Zərdab Rayon Məşğulluq Mərkəzi tərəfindən 3 inək verilmişdi, biri tələf oldu. O birinin də müqavilədəki vaxtı bitmişdi, satdım, yanında balası olan inək aldım. Özüm də bu qurumda işsiz kimi yazılmışam. Yəni bu heyvanlarla necə dolanaq axı?!

Zərdab Rayon İcra Hakimiyyətinin hakimi Mərdan və icra nümayəndəsi Oqtay bizim işimizə baxmır. Dəvət edirər, quruma gedirəm, amma vətəndaşların qarşısına çıxmırlar. Bəs biz dərdimizi kimə deyək?”

Məsələ ilə bağlı Hurriyyet.az-a açıqlama verən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov izah edir ki, əlilliyin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirirlmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə Mehtiyev Müxalif Məhərrəm oğluna dair yeni göndəriş daxil olmamışdır:

“Zərdab rayon sakini Mehtiyev Müxalif Məhərrəm oğlunun əlilliyinin qiymətləndirilməsi ilə bağlı qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən son 4 il ərzində heç bir forma-88 sənədi Əlillik altsisteminə daxil edilməyib.

Belə olan halda qiymətləndirilmə aparılması mümkün olmur. Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır.

Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni göndəriş rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək”.

Cəmilə ƏZİMOVA

Redaksiyadan Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.





Paylaş:


Müəllif : Tarix:
25-07-2024, 11:49
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər