reklam
Regionxeberlericom.az » Cəmiyyət » 11-cilərin valideynləri narazıdırlar - Abituriyentlər üçün dərsliklər bahalaşır

reklam

11-cilərin valideynləri narazıdırlar - Abituriyentlər üçün dərsliklər bahalaşır


İki həftə olacaq ki, dərslər başlayıb, ancaq valideynlərin narazılıqları bir məktəbə sığmır.

Bu dəfə cavab axtardığımız məsələ dərsliklərlə bağlıdır.

Belə ki, 11-ci sinifdə oxuyan və repetitor yanına gedən şagirdlər və onların valideynləri çətin dilemma qarşısında qalmalı olublar.

Bəlkə də bəziləri fərqində deyil, amma abituriyent valideynləri bilməmiş olmazlar. Dövlət İmtahan Mərkəzi abituriyentlər üçün dərs vəsaitlərini cüzi dəyişiklik etməklə yenidən buraxır. Müəllimlər də hazırlığa gedən uşaqları məcbur edir ki, yeni kitab alın. Kitabların qiymətini isə ildən-ilə qaldırırlar.
Məsələn, ötən illə müqayisədə 11-ci siniflər üçün nəzərdə tutulan cəbr və həndəsə dərs vəsaitlərinin həm qiyməti yüksəkdir, həm də şagirdlərə ayrı-ayrılıqda təqdim olunur. Əgər keçən il cəbr və həndəsə vəsaitləri bütöv dərslik halında 15 manata satılırdısa, bu il dəyişiklik edilib. Ayrı-ayrılıqda satılan cəbr və həndəsə dərs vəsaitlərinin qiyməti 11 manat 50 qəpikdir.

Dərs vəsaitini ötən illə müqayisə edib nəzərdən keçirən valideynlər o qədər də fərqin olmadığı qənaətindədirlər. Üstəlik, repetitorlar da yeni dərs vəsaitlərinin istifadəsini zəruri hesab edirlər.

O zaman sual olunur. Əgər dərs vəsaitlərində cüzi dəyişiklik edilirsə, bunun üçün mütləq yenisi nəşr edilməlidir?

Belə olan halda yenidən nəşrə nə ehtiyac var?

Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Modern.az-a açıqlamasında mövzuya bu cür aydınlıq gətirib:

“Dövlət İmtahan Mərkəzində şagirdlərə kömək üçün müəyyən metodiki vəsaitlər nəşr olunur. Əlbəttə ki, onun istifadəsi şagirdin öz ixtiyarındadır. Dəyişikliyə gəlincə, bu, fərdi qaydada aparılmır. Əsasən, dəyişiklik məktəb proqramına uyğun edilir, yaxud da müəyyən yeni tapşırıqlar əlavə edilir. Bu zaman əvvəlkilər daha da təkmilləşdirilir”.

Dərs vəsaitlərinin qiymətinin yüksək olmasına gəlincə, DİM rəsmisi bildirib ki, burada məcburi qayda tətbiq edilmir:

“Bu vəsaitlərin istifadəsi məcburi deyil. Hər kəsin istəyindən asılı olan məsələdir”.


Paylaş:


Müəllif : Tarix:
27-09-2019, 09:26
Sikayət   


loading...
Загрузка...