reklam
Regionxeberlericom.az » Cəmiyyət » Pensiya, sosial yardım və müavinət alanlara ŞAD XƏBƏR

reklam

Pensiya, sosial yardım və müavinət alanlara ŞAD XƏBƏR















Ölkəmizdə fəaliyyət göstərən 230-dan çox şirkət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan sosial ödəniş alan şəxslərə “Sosial tərəfdaş” layihəsi çərçivəsində 30 %-ə qədər endirim təklif edir. Bu kateqoriyadan olan şəxslər bu günədək tərəfdaş şirkətlərin təqdim etdiyi endirimlərdən faydalanaraq, nağdsız şəkildə 520 mindən çox alış-veriş həyata keçiriblər.

Sosial ödəniş alan şəxslərə dəstək məqsədi daşıyan layihə hazırda uğurla icra olunur. Pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı alan vətəndaşlar layihəyə qoşulan tərəfdaş şirkətlərə aid market, mağaza, klinika, aptek və restoranların xidmətlərindən istifadə və alış-veriş zamanı sosial ödəniş kartları ilə nağdsız qaydada ödəniş etdikdə onlara çoxsaylı endirimlər tətbiq olunur. Bu endirimləri təklif edən şirkətlərin siyahısı ilə tanış olmaq üçün dsmf.gov.az saytına daxil olub sosial tərəfdaş bölməsinə keçid edə bilərsiniz.

https://dsmf.gov.az/az/sosial-terefdas

Pensiya, təqaüd, müavinət, ünvanlı sosial yardım alan şəxslər üçün endirimlər təklif edən şirkətlər arasında tibb müəssisələri, apteklər, mağazalar və restoranlar yer alır.

Partnyor şirkətlər ölkəmizin hər yerində fəaliyyət göstərir. İstənilən sosial ödəniş alan şəxs sosial ödəniş kartı ilə ödəniş etdikdə bu xidmət sahələrində təklif olunan endirimlərdən faydalana bilər.

Məişət texnikası və elektrotexnika məhsullarının satışını həyata keçirən Baku Electronics mağazası da layihənin partnyorları sırasına qoşulub.

Sosial tərəfdaşlar arasında FLO mağazalar şəbəkəsinin də adını görmək mümkündür. Burada da alış-veriş edən sosial ödəniş alan şəxslər üçün endirimlər təklif olunur.

Restoranlardan zəngin menyusu, yüksək xidmət keyfiyyəti ilə seçilən Özsüt Azerbaijan da partnyorlarımızdandır. Yolunu bu məkandan salan sosial ödəniş alan şəxslərə restoran qiymətlərində endirim tətbiq edir.

Müasir tibbi avadanlıqlarla təhciz edilmiş, peşəkar həkimləri ilə seçilən Oksigen Klinik Xəstəxanası də layihəyə qoşulub. Bu tibb müəssisəsinin xidmətlərindən istifadə edən şəxslər sosial ödəniş kartı ilə ödəniş etdikdə endirimlərdən faydalana bilərlər.

Partnyorlarımızdan biri də Avis apteklər şəbəkəsidir. Bu şəbəkəyə daxil olan apteklərdə dərmanlar sosial ödəniş alan şəxslərə endirimli qiymətlərlə təklif edilir. Bunun üçün ödənişi mütləq sosial ödəniş kartı ilə etmək lazımdır.

Alış-veriş etdikdə, xidmətlərdən faydalandıqda hesabı mütləq sosial ödəniş kartı ilə ödəmək lazımdır. Kartı kassada post terminala yaxınlaşdırdıqda qiymətlər avtomatik olaraq endirimlə hesablanır. Endirim tətbiq olunması üçün müəssisənin əməkdaşlarına müraciət etməyə və ya hansısa bir prosedurun icra olunmasına ehtiyac yoxdur. Sosial ödəniş alanların ailə üzvlərindən istənilən şəxsin sosial ödəniş kartı ilə ödəniş edərək, bu fürsətdən faydalanmaq şansı var. Məsələn, mağaza “Sosial tərəfdaş” layihəsinin partnyorudursa və özü hər hansı bir məhsula 10 % endirim edirsə, hesab sosial ödəniş kartı ilə ödənildiyi təqdirdə kassada həmin məhsula əlavə olaraq mağazanın sosial tərəfdaş kimi verdiyi 10 % endirim də tətbiq olunur. Nəticədə sosial ödəniş alan şəxs 20 %-lik endirim almış olur.

Bu endirimlər təkcə Bakıda deyil, “Sosial tərəfdaş” bölməsindəki siyahıda adı olan və ölkəmizin istənilən bölgəsində fəaliyyət göstərən market, aptek, klinika və sair xidmət sahələrində nağdsız qaydada ödəniş edildikdə tətbiq olunur.

“Sosial tərəfdaş” layihəsinə qoşulmaq istəyən şirkətlər (+994) 10-712-73-12 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.




Paylaş:


Müəllif : Tarix:
30-07-2024, 10:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər