reklam
Regionxeberlericom.az » Cəmiyyət » Xəzərdə gəmi yanır - Heyət təxliyə edildi

reklam

Xəzərdə gəmi yanır - Heyət təxliyə edildi

















FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin müvafiq qüvvələri də cəlb olunmaqla yanğın-xilasetmə əməliyyatına başlanılıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.




Paylaş:


Müəllif : Tarix:
31-07-2024, 10:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər