reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bu deputatları yenə parlamentdə görə bilməyəcəyik - SİYAHI

reklam

Bu deputatları yenə parlamentdə görə bilməyəcəyik - SİYAHI
















Bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Namizədlərin qeydiyyatı davam edir, partiyalar namizədlərini açıqlayıb, bitərəf şəxslər də müxtəlif dairələrdən namizədliklərini irəli sürürlər.

Ən son məlumata görə, 380 nəfərə yaxın şəxsin namizədliyi qeydə alınıb. Proses avqustun 2-si 18:00-da yekunlaşacaq.

Qeyd edək ki, deputatlar 125 mandat uğrunda mübarizə aparırlar. dirnaq modelleri

Yenisabah.az xəbər verir ki, modern.az-ın məlumatına görə, artıq bəzi deputatların yenidən Milli Məclisdə olmamağı təsdiqlənib.

Bir müddət əvvəl hakim partiyanın seçkilərdə iştirak edəcək şəxslərin siyahısını açıqlayıb.

Nəzər salsaq görərik ki, bəzi deputatlar yenidən siyahıya salınmayıb.

Belə ki, Milli Məclisin sabiq sədri Oqtay Əsədovun adı YAP-ın deputatlığa namizədlər siyahısında yer almayıb. Akademik Nizami Cəfərov da daha deputat olmayacaq. Oun da adı YAP-ın deputatlığa namizədləri siyahısında yoxdur. Nizami Cəfərovun yerinə 108 saylı Ağstafa seçki dairəsindən Gülgün Kərim oğlu Kərimovun namizədliyi verilib.

Bəxtiyar Sadıqov da siyahıdan kənarda qalıb. 125 namizəd sırasına adı daxil edilməyən deputatlardan biri də 90 saylı Ağdaş seçki dairəsinin deputatı Cavid Osmanovdur.

Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovunun namizədliyi də irəli sürülməyib. Vasif Talıbovun deputat seçildiyi 1 saylı Şərur-Sədərək Seçki Dairəsindən Milli Məcisin deputatı, parlament sədrinin sabiq birinci sədr müavini Ziyafət Əsgərovun namizədliyi irəli sürülüb. Naxçıvandan seçilən Cəbi Quliyev növbəti seçkilərdə iştirak etməyənlər arasındadır.

Hakim partiyanın deputatları Kamilə Əliyeva, Aqiyə Naxçıvanlı, Əliabbas Salahzadə, Emin Hacıyev, Elnur Allahverdiyev, Sədaqət Vəliyeva, İqbal Məmmədov, Aqil Məmmədov, Elşad Mirbəşir, Mahir Abbaszadə, İsa Həbibbəylini də növbəti çağırışda görə bilməyəcəyik.

“Ana Vətən” partiyasının sədri Fəzail Ağamalı səhhəti ilə bağlı bu il parlament seçkilərində iştirak etməyəcək. Onun sözlərinə görə, qızı 65 sayılı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub. Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının əvəzinə isə onun həyat yoldaşı Tənzilə Rüstəmxanlının namizədliyi irəli sürülüb. Vəhdət Partiyasının sədri Tahir Kərimli artıq yorulduğunu deyərək yenidən namizəd olmayıb.

Milli Məclisin III, IV, V və VI çağırış deputatı Vahid Əhmədov da sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.  O, bir müddət əvvəl namizədliyini geri götürüb. Vahid Əhmədov namizədliyini 59 saylı Quba seçki dairəsindən irəli sürmüşdü.

Milli Məclisin VI çağırış deputatı Jalə Əhmədova sentyabrın 1-də keçiriləcək növbədənkənar Parlament seçkilərində iştirak etməyəcək. Bunlarla bərabər, Milli Məclisin bəzi deputatlarının mandate müəyyən səbəblərə görə, ləğv edilib.

Bitərəf deputatlardan Rüfət Quliyev də seçkilərdə iştirak etməkdən imtina edib. Onun seçki dairəsindən ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin namizədliyi irəli sürülüb.

Belə ki, aprelin 8-də Prezident İlham Əliyevin sərəncamı ilə deputat Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.

Eyni zamanda 2021-ci ildə 55 saylı Xaçmaz şəhər seçki dairəsinin deputatı Eldəniz Səlimov həbs olunub. O, həmin ilin iyulun 29-da Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq edib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə keçmiş deputat 3 il 6 ay müdəttinə azadlıq məhrum edilib. Beləliklə, 55 saylı Xaçmaz şəhər seçki dairəsi də boş qalıb.

Milli Məclisin bəzi deputatları isə vəfat edib. Qənirə Paşayeva, Fəttah Heydərov, Madər Musayev dünyasını dəyişən deputatlar siyahısındadır.





Paylaş:


Müəllif : Tarix:
31-07-2024, 15:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər