reklam
Regionxeberlericom.az » Cəmiyyət » Cinayətdə şübhəli bilinən deputatlığa namizəd həbs olundu - Rəsmi

reklam

Cinayətdə şübhəli bilinən deputatlığa namizəd həbs olundu - Rəsmi

















İyulun 30-da Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində 1971-ci il təvəllüdlü Cavadov Nazir Ağacavad oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Qeyd olunub ki, faktla bağlı başlanmış cinayət işi üzrə Sumqayıt şəhər polis idarəsində ibtidai istintaq davam etdirilir.

İstintaqla 46 saylı Sumqayıt beşinci seçki dairəsindən 01.09.2024-cü il tarixdə keçiriləcək növbədənkənar parlament seçkisində deputatlığa namizədliyi qeydə alınmış 1989-cu il təvəllüdlü Taleh Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nazir Cavadova kəsici-deşici alətlə qəsdən zərbə vuraraq onun sağlamlığına ağır xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Taleh Məmmədovun namizədliyi 29.07.2024-cü il tarixdə qeydə alındığından Azərbaycan Respublikası Cinayət-Prosessual və Seçki məcəllələrinin tələblərinə əsasən Baş prokuror tərəfindən onun cinayət məsuliyyətinə cəlb edilməsinə razılıq verilib.

Toplanmış sübutlar əsasında Taleh Məmmədova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan olunub, əməlin ağırlıq dərəcəsi və xarakteri nəzərə alınaraq barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.




Paylaş:


Müəllif : Tarix:
1-08-2024, 22:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər