Ərəb ölkələri hanı, niyə matəm elan etmirlər?
İranın İsmayıl Haniyənin qətlinə görə matəm elan etməsi təbiidir. Hadisə bu dövlətin paytaxtında baş verib, üstəlik, həm HƏMAS lideri dövlətin, yeni prezidentin qonağıydı, həm də İran və HƏMAS çoxdanın müttəfiqidirlər.
Ancaq Türkiyənin də İranın ardınca matəm elan etməsi bir qədər gözlənilməz oldu.
Düzdür, Türkiyə İran kimi 3 günlük matəm elan etməyib, amma günlərin sayının fərqi yoxdur, bir dövlətin yarım günlük də olsa matəm elan etməsi, öldürülən şəxsin xatirəsini hüznlə anması, zərərçəkən tərəfin yanında olması cərgə, səf bəlirləmək baxımından önəmli addımdır.
İran öz müvafiq addımı ilə ABŞ-İsrail tandeminə düşmən mövqedə olduğunu növbəti dəfə təsdiqlədisə, Türkiyə bu addımıyla keçmiş müttəfiqi İsrailə, hələ də NATO-da müttəfiqlik münasibətində olduğu ABŞ-yə cəbhə açmış oldu.
İsraillə yanaşı, ABŞ və digər NATO ölkələri HƏMAS-ı terror təşkilatı, onun sabiq lideri İsmayıl Haniyəni isə terrorçu sayırdı.
Orası da var ki, öz xalqının azadlığı uğrunda silahlı mübarizə aparan təşkilat və şəxsləri “terrorçu” adladırmaq müəyyən mənada mübahisəli məsələdir. Terrroda ittiham olunan tərəf bu iddiadadır ki, qarşı tərəf başqa mübarizə üsuluna yer qoymur və onlar silaha sarılmaqda haqlıdırlar. Fəqət ortada dinc əhalinin hədəf götürülməsi kimi aksiyalar olur və bu, hərbi cinayət sayıldığına görə öz məqsədinə bu üsulla çatmaq istəyənlərin mübarizəsini qeyri-legitim edir.
Ötən ilin 7 oktyabrında İsrailin Qəzza zolağıyla həmsərhəd ərazisində çox sayda dinc əhalinin tələfatı ilə nəticələnmiş hücumu sanksiyalaşdırması İsmayıl Haniyəni qanundankənar duruma qoymuş, legitim hədəfə çevirmişdi. Ona görə də əksər demokratik dövlətlər HƏMAS-dan üz çevirmişdilər və İ.Haniyə ilə hər hansı təması kəsmişdilər.
Bir gerçək də budur ki, ABŞ və Avropa ölkələri də öz müqəddaratı uğrunda silahlı mübarizə aparan xalqların döyüşkən təşkilatlarını heç də həmişə terrorçu saymırlar. Məsələn, elə təşkilatlardan biri olan PKK 40 ildən çoxdur Türkiyə dövlətinə qarşı döyüşür, hər cür terror aktları törədir, ancaq bu təşkilat ABŞ və Avropadan hərbi, siyasi, maddi dəstək görür.
Bu da əslində NATO müttəfiqliyi ilə bir araya sığan iş deyil. Ona görə də Türkiyənin HƏMAS-a, Fələstin xalqına dəstək ifadə etməsi anlaşılandır.
Kənardan belə görünür ki, İran və Türkiyə Fələstin məsələsində müttəfiqdirlər. Maraqlı situasiyadır: Türkiyə həm ABŞ ilə, həm də İranla müttəfiqdir. Üstəlik, bu dövlət Rusiya ilə münasibətlərdə ABŞ və Avropanın yanında deyil.
İranın və Türkiyənin Fələstinə dəstək verməsi həm dini təəssübkeşliklə, həm də humanizm prinsipləri ilə bağlıdır. Daha çox birinci ilə. Hər iki ölkə müsəlman dünyasında liderliyə iddialıdır.
Maraqlıdır ki, son illərdə artıq öz strateji mövqeyi, din ocaqların mərkəzi olmasıyla, aşıb-saşan var-dövləti və elastik xarici siyasəti ilə müsəlman dünyasının liderinə çevrilmiş Səudiyyə Ərəbistanının, sanki, Fələstin dərdi yoxdur. Ər-Riyadın Fələstinə dəstək məsələsində canfəşanlıq etmədiyi, önə çıxmadığı, bu binəsib xalqın taleyinə görə dünya gücləri ilə düşmən olmadığı göz önündədir.
Budur, Fələstin xalqının iki məşhur və nüfuzlu liderindən biri, xalqının dəstəyini qazanmış şəxs öldürülüb, qeyri-ərəb dövlətlər matəm elan ediblər, amma başda Səudiyyə Ərəbistanı olmaqla 20-yə yaxın ərəb dövləti belə bir addım atmır.
Bu, o deməkdir ki, ərəb dövlətləri müstəqil dövlətçilik davası aparan Fələstin xalqının mübarizəsinə etina etmir. Əslində bu cür etinasız münasibət dini və milli təəssübkeşliyin zəifliyindən doğmur, məsələ ondadır ki, digər ərəb dövlətləri normal seçki keçirən, ortaya iradə qoyaraq öz taleyinə sahib çıxmaq istəyən Fələstin xalqına ogey münasibət bəsləyirlər.
Fələstinlilər İsraillə iç-içə yaşadıqlarından onlardan çox şey götürüblər. Ərəb dünyasının ən irəli getmiş, intellektual, dünyəvi ictimaiyyəti fələstinlilərdir. Nə yazıq ki, onlar digər monarxiya və diktatura yuvaları olan ərəblər kimi dövlət müstəqilliyi qazanmaq üçün 78 ildir mübaizə içindədirlər.
Nə vaxtsa Fələstin tam müstəqillik qazansa, o zaman yerli şeyxlərdən biri hakimiyyətə gəlib monarxiya, sülalə rejimi bərqərar edəcək, ərəb dövlətləri də, Fələstin xalqı da rahat olacaq.
Xalid KAZIMLI - Musavat.Com
Paylaş:
Müəllif : Fuad
Tarix:2-08-2024, 12:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər