reklam
Regionxeberlericom.az » Cəmiyyət » Haniyə dəfn olunur - Yenilənir

reklam

Haniyə dəfn olunur - Yenilənir

















İki gün əvvəl İranda öldürülən HƏMAS lideri İsmayıl Haniyə dəfn olunur.

Bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Bildirilir ki, mərhum avqustun 1-i dəfn olunmaq üçün Tehrandan Qətərin paytaxtı Dohaya gətirilib və Məhəmməd ibn Əbdül-Vəhhab məscidində onunla vida mərasimi keçirilib. Mərasimdə HƏMAS-ın yeni lideri olacağı ehtimal edilən Xalid Maşal, Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani və digər rəsmi şəxslər də iştirak ediblər. Bu səbəbdən məscidin ətrafında ciddi təhlükəsizlik tədbirləri görülüb. Belə ki, ziyarətçilər yoxlanılır, həmçinin məscidə telefon gətirmək qadağandır.

HƏMAS Siyasi Bürosunun rəhbəri Dohanın şimalındakı Lusail şəhərindəki qəbiristanlıqda dəfn olunacaq.

Qeyd edək ki, İsmayıl Haniyə iyulun 31-də Tehranda raket zərbəsi nəticəsində öldürülüb.





Paylaş:


Müəllif : Tarix:
2-08-2024, 15:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər