Müəllimi internetdə aldadıb 50 minini oğurladılar - DİN-dən çağırış
Diqqətsizlik, ehtiyatsızlıq, yalana inam 50 000 manatın oğurlanması ilə nəticələnib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, investiya adı ilə bank kartı məlumatlarını naməlum şəxsə verən xanımın külli miqdara pulu oğurlanıb: “Onu inandırıblar ki, az yatırım etməklə daha çox qazanc əldə edə bilər. Danışıqlar Qazaxıstan nömrəsi ilə aparılıb. Bu, yeganə fakt deyil. Belə ki, avqustun 2-si ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla – 9050, 504, 1527, 1000, 1000, 2436, 100, 1000, 535, 27, 80, 1000, 101, 2800, 230, 460 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Vətəndaşlara çağırış edirik ki, kiberməkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Naməlum şəxslərdən daxil olan şübhəli zəngləri, mesajları açmayın, danışmayın, yazışmayın. Hesabınıza kimsə pul köçürmək istəyirsə, bank kartınızın 16 rəqəmindən əlavə məlumatları verməyin, əks halda pul vəsaitinizi itirəcəksiniz!”
İnternet vasitəsilə 50 min manatı oğurlanan qadın müəllimdir.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-08-2024, 11:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər