Puqaçova Rusiyada konsert vermək istəyir
SSRİ Xalq artisti Alla Puqaçova bu ilin sonunadək Rusiyada böyük konsert proqramı ilə çıxış etmək istəyir.
“Mash” teleqram kanalı xəbər verir ki, sənətkar avqustun sonlarında uşaqları ilə birlikdə ölkəyə gələcək və bununla bağlı danışıqlar aparacaq.
Həmçinin şoumen həyat yoldaşı Maksim Qalkinin “xarici agent” statusu ilə bağlı məsələni həll etməyə çalışacaq.
Xatırladaq ki, M.Qalkin xarici agentlərin reyestrinə 2022-ci ilin sentyabrında daxil edilib. Buna səbəb yumoristin sosial şəbəkə paylaşımlarında Rusiya siyasətini və Ukraynaya qarşı aparılan müharibəni pisləməsi olub. O, həyat yoldaşı, SSRİ Xalq artisti Alla Puqaçova və övladları ilə birlikdə İsrailə, daha sonra Kiprə köçüb. A. Puqaçova ötən ilin dekabrında bir müddətlik Rusiyaya gəlmişdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-08-2024, 11:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər