Onlar hər ay 4000 manat müavinət alacaq
Xəbər verdiyimiz kimi, sentyabrın 1-də ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Deputat mandatı uğrunda mübarizə aparan şəxslərin sayı 1000-ə yaxınlaşıb. Bu həftənin sonuna kimi, iddialıların sayının daha da artacağı gözlənilir.
Hakim Yeni Azərbaycan Partiyası 125 dairənin hər birindən öz namizədini irəli sürüb.
AXCP istisna olmaqla, bütün müxalifət partiyaları növbədənkənar parlament seçkilərində iştirak edir. onlayn aptek
Hazırda 200-dən artıq müxalifət təmsilçisinin namizədliyi qeydə alınıb. Onların bir neçəsinin deputat seçilmək şansı yüksək qiymətləndirilir.
Qeyd edək ki, VI çağırış Milli Məclisin üzvü olmuş 10-a yaxın tanınmış şəxs bu dəfə seçki mübarizəsindən kənarda qalıb. Onların bəzilərinə iqtidar partiyası olan YAP etimad göstərməyib, bəziləri isə könüllü şəkildə mübarizədən kənara çəkilib. Bu sırada Milli Məclisin ən stajlı deputatlarından olan Vasif Talıbovun, Sabir Rüstəmxanlının, Vahid Əhmədovun, Səttar Mövbalıyevin, İsa Həbibbəylinin, Oqtay Əsədovun, Nizami Cəfərovun və Etibar Əliyevin adlarını çəkmək olar.
Amma bu şəxslərin məyus olmasına əsas yoxdur. Mövcud qanunvericiliyə görə, səlahiyyət müddəti deputatın tam iş stajına daxil edilir və bu müddət bitdikdən sonra işə düzələnədək sabiq deputatlar 1 (bir) il ərzində vəzifə maaşının 80 faizi miqdarında müavinət alırlar.
Bu isə o deməkdir ki, yuxarıda adları çəkilən şəxslər deputat olmasalar belə, 1 il ərzində ildə aldıqları maaşın 80%-i həcmində müavinət, yəni aylıq 4000 manat konpensasiya alacaqlar.
Hazırda namizədliyini irəli sürən deputatlar millət vəkili seçilməyəcəkləri təqdirdə, bu qərar onlara da şamil olunacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-08-2024, 11:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər