Son 50 ildə ilk dəfə sel sayı çox olub - Xidmət
İyul ayında ümumən Azərbaycanda 43 sel hadisəsi qeydə alınıb.
RegionXəbərləricom.az report-a istinadla xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
O bildirib ki, 2023-cü ilin analoji ayı ilə müqayisədə bu, 2,7 dəfə çoxdur: aptek depo
"2024-cü ilin iyul ayında yağan intensiv leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqaz, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçib. İyul ayında ümumi olaraq ölkə üzrə 43 sel hadisəsi qeydə alınıb ki, bu da 2023-cü ilin analoji ayı ilə müqayisədə 2,7 dəfə çox olmaqla, son 50 il ərzində ən çox sel hadisəsi olan iyul ayı kimi qeydə alınıb".
Mahmudovun sözlərinə görə, iyul ayı ərzində ölkənin yerli çaylarında, xüsusilə Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsi ərazilərindən axan əksər çaylarda sululuq normadan yüksək, bəzi çaylarda isə normadan aşağı olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-08-2024, 11:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər