reklam
Regionxeberlericom.az » Cəmiyyət » İki il əvvəl itkin düşmüş daha bir hərbçimiz dəfn olundu

reklam

İki il əvvəl itkin düşmüş daha bir hərbçimiz dəfn olundu

















2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə itkin düşmüş Azərbaycan Ordusunun əsgəri Məmmədov Fərid Əjdər oğlunun nəşi Ağdam rayonunda dəfn olunub.

RegionXəbərləricoma.z AZƏRTAC-a istinadən xəbər verir ki, Quzanlı qəsəbəsində Ağdam Dram Teatrının qarşısında rayon sakinlərinin, Ağdam Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin və əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə vida mərasimi keçirilib. Cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.

Vida mərasimindən sonra Fərid Məmmədovun nəşi Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında yaylım atəşi altında torpağa tapşırılıb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.

Xatırladaq ki, iki ildən sonra qalıqları tapılan hərbçilərimizin donvurmadan ölməsi rəsmi təsdiqini tapıb. 




Paylaş:


Müəllif : Tarix:
8-08-2024, 13:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər