reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Yazılanlar cəfəngiyatdatdır” - Brilliantı müdafiə etdi

reklam

“Yazılanlar cəfəngiyatdatdır” - Brilliantı müdafiə etdi
















Mərhum Xalq artisti Mirzə Babayevin nəvəsi Emin Babayev son günlər gündəmə səbəb olan müsahibəsi ilə bağlı danışıb.

bərləricoma.z RegionXə olay-a istinadla xəbər verir ki, o, sözügedən müsahibəni pandemiyadan öncə verdiyini bildirib:

“O müsahibəni pandemiya elan olunduqdan əvvəl vermişəm. Lakin o müsahibədə yazılan bir çox məqamlar təhrif olunub və cəfəngiyyatdır. Mən bu müsahibəni yazan jurnalistin öz vicdanına buraxıram. Mən bu cəfəngiyyatı müzakirə etmək niyyətində deyiləm. Heydər Əliyev Sarayında babamın yubiley konserti keçirildi. Brilliant Dadaşova da gəlib o gecədə iştirak etdi. Əgər Brilliant xanımla münasibətim pis olsaydı, o, babamın yaradıcılıq gecəsinə gəlib, 3 mahnı oxuyardı? Əgər Brilliant xanım gəlibsə, çıxış edibsə, mənimlə görüşübsə, nəticəni özünüz çıxarın – yazılanlar düzdür yoxsa yox... Mənim sizə verə biləcəyim cavab da budur”. dirnaq modelleri

E.Babayev babasının duet ortağı ilə münasibətlərinin yaxşı olduğunu qeyd edib:

“O müsahibədə çox sayda səhvlər, qeyri-dəqiq informasiya var. Xanım jurnalist yazıb ki, atam 54 yaşında dünyasını dəyişib, halbuki 57 yaşında rəhmətə gedib. Xasiyyətcə elə insanam ki, müsahibə üçün zəng edəndə heç kimə rədd cavabı vermirəm. Çünki babamın xatirəsi yad edilir, sağ olsunlar. Amma sonradan həmin müsahibəni oxuyub peşman olursan. Niyə belə, birinin üstünə beşini qoyub yazmısan? Olmaz axı...

Babamın yubiley konsertinə Brilliant xanımı özüm çağırmışam. Əgər mənim adımdan o müsahibədə yazılanlar doğru olsaydı, Brilliant xanımı gecəyə dəvət etməzdim və o da gəlməzdi. Orada doğru olan odur ki, babam dünyasını dəyişəndə Brilliant xanım dəfndə iştirak etməyib. Sonrada bəlli oldu ki, həmin vaxt xarici ölkədə olub və bu səbəbdən dəfnə gələ bilməyib. Son illər Brilliant xanım və babam arasında soyuqluq var idi. Bəlkə də kimsə onların aralarını vurub və ya həqiqitən də aralarında nələrsə olub... Amma mən bunu qalmaqal saymıram. Olur da... Yəni, insanlar arasında söz-söhbət olur. Bunu axı niyə qalmaqal kimi təqdim edirlər? Müsahibədə dediklərimi alt-üst edib qalmaqal kimi qələmə verirlər”.

Qeyd edək ki, sözügedən müsahibə ötən günlərdə kulis.az saytında yayımlanıb.




Paylaş:


Müəllif : Tarix:
8-08-2024, 15:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər