reklam
Regionxeberlericom.az » Cəmiyyət » İmişli Rayon Mərkəzi Xəstəxanasının direktoru vəfat etdi

reklam

İmişli Rayon Mərkəzi Xəstəxanasının direktoru vəfat etdi




















İmişli Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər Kazımov vəfat edib.

"Report"un məlumatına görə, o bu gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Azər Sadiq oğlu Kazımov 1966-cı il dekabrın 25-də İmişli şəhərində anadan olub.

1987-1992-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) stomatologiya fakültəsində, 1992-1993-cü illərdə isə İmişli Rayon Stomatoloji Poliklinikasında internatura təhsili alıb. 1992-ci ildən 2002-ci ilə qədər İmişli Rayon Stomatoloji Poliklinikasında stomatoloq kimi fəaliyyət göstərib.

2002-2021-ci illər ərzində İmişli Rayon Mərkəzi Xəstəxanasında stomatoloq vəzifəsində çalışıb. 2021-ci ildən etibarən həmin xəstəxanada direktorun səlahiyyətlərini icra edən Azər Kazımov 25 noyabr 2022-ci il tarixindən etibarən, tibb müəssisənin direktoru vəzifəsini tutub.





Paylaş:


Müəllif : Tarix:
8-08-2024, 20:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər