reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qarabağ Universitetinə ilk müsabiqədənkənar qəbul olunan tələbə o olacaq

reklam

Qarabağ Universitetinə ilk müsabiqədənkənar qəbul olunan tələbə o olacaq

















Atilla Muradlı mövcud qaydalara əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqədənkənar qaydada, yüksək göstəriciləri ilə Qarabağ Universitetinə qəbul olan ilk tələbə olacaq.

Bu barədə Qarabağ Universiteti məlumat yayıb.

Bildirilir ki, A.Muradlı qəbul imtahanlarında yüksək nəticə (519,2 bal) göstərərək Qarabağ Universitetinin Elektrik və elektronika mühəndisliyi ixtisasında təhsil almaq istəyir. O, Mingəçevir şəhər 20 saylı tam orta məktəbin məzunudur.

Qeyd edək ki, A.Muradlı Lütfizadə adına Respublika məntiq olimpiadası, N.Nəbiyev adına Respublika fizika müsabiqəsi, Respublika Astronomiya olimpiadası, Fizika fənni üzrə Respublika fənn olimpiadaları qalibi və mükafatçısıdır.

A.Muradlı elm və təhsil nazirinin müvafiq əmri ilə “Təhsildə xüsusi nailiyyətləri ilə fərqləndiyi üçün qızıl döş nişanı”na layiq görülüb.

O, həmçinin 17-27 avqust 2024-cü il tarixində Braziliyada keçiriləcək Beynəlxalq Astronomiya və Astrofizika olimpiadasında ölkəmizi təmsil edəcək.




Paylaş:


Müəllif : Tarix:
12-08-2024, 09:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər