reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda İsrail əsgəri? - Polkovnikdən mühüm açıqlama

reklam

Azərbaycanda İsrail əsgəri? - Polkovnikdən mühüm açıqlama

















"İsrail ordusu İrandan gələn hücum təhlükəsi fonunda hərbi qulluqçularına Azərbaycan və Gürcüstanda qalmağı qadağan edib. Ordu rəhbərliyinin əmrinə əsasən, hazırda Cənubi Qafqazın bu iki respublikasında hər hansı səbəbdən hərbi xidmətdə olan israillilər dərhal ölkəyə qayıtmağa borcludurlar".

Əsası olmayan bu cəfəng xəbər sosial şəbəkələrin Azərbaycan seqmentində birmənalı qarşılanmayıb. Böyük əksəriyyət Azərbaycanda İsrail hərbçilərinin olduğuna dair xəbərin yalan olduğunu bildirib. Artıq MEDİA da məsələyə münasibət bildirərək, insanları yalan xəbərin "toruna" düşməməyə çağırıb.

Görəsən, hüç bir dəlilə əsaslanmayan bu cür xəbərlərin yayılmasına səbəbən nədir?  aptek depo

Mövzu ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik və hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, əslində sözügedən xəbərin mahiyyəti tamam fərqlidir:

“Azərbaycanda İsrailin hər hansı bir hərbi qulluqçusu xidmətdə deyil. Söhbət vaxtilə ölkəmizdə yaşamış, indi İsrailə köçmüş və oranın vətəndaşı olan bəzi şəxslərdən gedə bilər. Onların bəziləri hal-hazırda İsraildə hərbi xidmətdədir. Həmin şəxslər öz məzuniyyətlərini rəsmi qaydada Azərbaycanda, Gürcüstanda, MDB ölkələrində keçirirlər. Bu müraciət onlara aiddir. Məlumatın özü də bir balaca təxribat xarakteri daşıyır. İlk baxışda elə bir təəssürat yaranır ki, Azərbaycanda İsrail hərbçiləri var. Əslində isə belə deyil. Əgər İsrailin Azərbaycanda məzuniyyət keçirən hərbi qulluqçusu varsa, Müdafiə nazirliyi tərəfindən komanda verilir və ölkələrinə geri çağırılır”. 

Ekspert bu şayiənin İran tərəfindən ortaya atıldığını qeyd edib: 

“Bu, daha çox bizim son həftələrə qədər sosial şəbəkələrdə təriflədiyimiz, İranın hazırki prezidenti Məsud Pezeşkianın adından yayılmış xəbərdir. 2-3 gün keçməsinə baxmayaraq, İran rəsmiləri bu xəbəri nə təkzib, nə də təsdiq edirlər. İran bu məsələdə eşşəyi qoyub palanı döyməklə məşğuldur. Əgər sənin İsraillə problemin varsa, onu özü ilə mübarizə apar. Yoxsa, belə təxribatçı fikirlər səsləndirmək qətiyyən düzgün deyil”.





Paylaş:


Müəllif : Tarix:
12-08-2024, 12:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər