reklam
Regionxeberlericom.az » Cəmiyyət » Hakimdən şikayət: ""Topaz"-da uduzub, borcumuzu qaytarmır!" - İDDİA

reklam

Hakimdən şikayət: ""Topaz"-da uduzub, borcumuzu qaytarmır!" - İDDİA





















Şərur rayonunda məhkəmə hakimi tanışlarını aldadaraq, onların 10 minlərlə manatını ələ keçirib. Hakimi buna məcbur edən isə, onun „Topaz“ mərc oyununa qurşanması olub. O, tanışlarından borc adı ilə aldığı pulları bu oyunlarda uduzub, indi də vəzifəsindən istifadə edərək, borclarını qaytarmaq istəmir. Bu haqda „Gündəlik Naxçıva“a hakimin dələduzluğu ilə üzləşdiklərini deyən bir qrup yerli sakin məlumat verib.

Şikayətçilər bildirirlər ki, hakmi Seymur Qarayev pul alarkən, „şantaj olunuram, təcili pul lazımdır“ deyərək, onları aldadıb. O, pulu olmayan tanışlarının bəzisini banklardan kredit götürməyə də təhrik edib.

Bu yolla aldanılanlardan biri də Şərur rayon sakini Zeynəb İbrahimovadır. O, Seymur Qarayevin həyat yoldaşı ilə rəfiqə olduğunu bildirir. Elə, rəfiqəsinin xahişi ilə anasının qızıllarını və bankdan kreditlə götürdüyü 45 min manatı Seymur Qarayevə verib:

“İl yarım öncə həyat yoldaşı dedi ki, Seymur Qarayev telefonda kimisə təhqir edib. Guya təhqir olunan adam da onun səsini yazıb və şantaj yoluyla 50 min manat istəyir ki, səs yazısını sosial şəbəklərdə yaymasın. Mən də sadəlöhvlük edib, bu hekayəyə inandım. Anamın qızıllarını verdim, aparıb girov qoyub, 13 min manat götürdülər. Sonra yalvardı ki, bu pul çatmır, bankdan 45 min manat götürüb onlara verim, krediti də hər ay özləri ödəyəcəklər. Mən razılaşdım. Lakin, kreditdən cəmi 6 ay ödədilər. Bir ildən artıqdır ki, məcbur qalıb, özüm ödəyirəm. İndiyə kimi borc tapıb, 20 min manata kimi ödəmişəm. Artıq, krediti ödəmək üçün heç bir imkanım qalmayıb. Dəfələrlə pulumu istəsəm də, nəticəsi olmayıb. Seymur Qarayev deyir ki, sənə bir qəpik də geri verməyəcəm, get, əlindən gələni əlli qaba çək, mən hakiməm deyə, heç kim mənə heç nə edə bilməz”.

Zeynəb İbrahimova deyir ki, aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, nəticəsi olmayıb:

“Hamısı deyir ki, onun hakim toxunulmazlığı olduğundan heç nə edə bilməzlər. Sonuncu dəfə yerli DİN-ə getdim. Orada mənimlə kobud davranıb, „özünü boşuna yorma“ dedilər. Bu hakim məni dələduzluq yoluyla aldadaraq, pullarımı və qızıllarımı mənimsəyib. Əlimdə kifayət qədər dəlil və sübutlar olsa da, işə heç kim baxmır. Hakim qanunları nizamlamalı olduğu halda niyə qanunsuzluğun ən böyüyünü edir və bu qanunsuzluğa da dövlət qurumları susur? Mənim ürəyim yandı, bu məsuliyyətin altına girib, ona pul verdim. Sonradan eşitdim ki, əslində aldadılmışam və hakim həmin pulları Topaz oyununda uduzub. Fərqi yoxdur hara xərcləyib, mən pulumu və qızıllarımı geri istəyirəm. Mən dövlətimizin ədalətinə inanıram və inanıram ki, bu ədalətə xələl gətirən, vəzifəsindən istifadə edib, dələduzluq edənlər mütləq cəzalanacaqlar”.

Digər şikayətçi G. Bayramov da pulunu hakimdən geri ala bilmədiyindən şikayətlənir:

“Mənə də şantaj olunduğunu deyib, 17 min manat borc aldı. Dedi ki, 1-2 aya qaytaracaq. Lakin, bir ildən çoxdur ki, pulumu ala bilmirəm. Çünki, məndən və digərlərində aldığı pulları qumar oyununda uduzub. İndi, harasa şikayət etməyə də qorxuram ki, sonra özümü ilişdirərlər”.

Hakimin fırıldağı ilə üzləşdiklərini deyən digər şikayətçilər təhlükəsizlik baxımından geniş danışmaq istəmədilər.

Qarşı tərəfiundə mövqeyini dərc etməyə hazırıq!




Paylaş:


Müəllif : Tarix:
12-08-2024, 15:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər