reklam
Regionxeberlericom.az » Cəmiyyət » Xalq artisti: “Qadınlığımı səhnəyə qurban verdim”

reklam

Xalq artisti: “Qadınlığımı səhnəyə qurban verdim”

















“57 yaşım var və 35 ildir ki, bu səhnədəyəm. Bu 35 il ərzində tamaşaçı sevgisi, alqışı və saysız - hesabsız gül dəstələyi gördüm. Amma bu 35 il məndən sağlamlığımı və ən əsası insanlara inamımı aldı. İnsan bu həyatda yaşamaqdan ötrü güvən lazımdır. Bu illər insanlara qarşı mənim güvənimi aldı. Mələykə Əsədova təkcə səhnədə olmur ki”.

RegionXəbərləricom.az olay-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Mələykə Əsədova qonaq olduğu “Qapqara” verilişində deyib.

O bildirib ki, insanlara güvənini itirib: 

“Gəncliyimdə insanlara o qədər bağlı idim ki... İndi də bəzən qəlbimin içində o uşaqlıq, saflıq və təmizlik var. İnsanlara o qədər inandım amma onlardan... Güvənimi aldılar. O qədər məni incitdilər ki,... Kimsə öz xeyrinə görə bəzən mənim şöhrətimdən, bəzən veriliş baxılacaq deyə, xoş olmayan başlıqlar yazıldı... Bu kimi məsələlər bir çox məşhurlara reklam gətirir. Amma mən belə şeylərdən qaçıram o reklamlardan. Məni kim belə etdi?

İnsanlar... Çalışıram inanım amma inanda da yenə də qəlbimi küsdürürlər. Allaha o qədər sevgik var ki,... Allaha sığındıqca insanlardan uzaqlaşdım. Mən buğa bürcündənəm. Mən zərifəm, gözələm, incəyəm. Amma bu qədər zərif Mələykə nə qədər çiyinlərində ağır yük daşıyır. Amma Mələykə zəyif deyil. Güclüyəm... Bu insanlar məni güclü olmağa öyrətdilər”.

Aktrisa qadınlığını səhnəsinə qurban verdiyini deyib:

“Mən gözəl anayam. Bunu isə hər kəs bilir. Övladım dünyaya gələndə həyatımı ona qurban vermişəm. Özüm də çox gözəl övlad olmuşam. Bunu da hər kəs gözəl bilir. Anama və atama qarşı çox gözəl bir övlad olmuşam. Amma 35 il səhnə fəaliyyətimdə və 57 illik həyatımda deyəsən qadınlığımı unutmuşam. Əslində bilmirlər ki, bu zərif Mələykə nə qədər təkbaşına çarpışır bu həyatda. Qadınlığımı səhnəmə  qurban verdim”.





Paylaş:


Müəllif : Tarix:
13-08-2024, 08:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər