reklam
Regionxeberlericom.az » Cəmiyyət » I sinfə qəbulla bağlı valideynlərə çağırış edildi

reklam

I sinfə qəbulla bağlı valideynlərə çağırış edildi

















Mayın 1-dən start verilən 2024-2025-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir. 

Hazırda ölkə üzrə bütün ümumi təhsil müəssisələrində Azərbaycan və digər bölmələr üzrə sərbəst qaydada məktəb və müəllim seçimi aparılır. 

Bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi valideynlərə çağırış edib.  aptek depo

Bu günə qədər ümumilikdə 126 mindən çox uşaq I sinfə qəbul edilib. 

2024-2025-ci tədris ili üçün birinci sinfə qəbulu proqnozlaşdırılan məktəbyaşlı uşaqların sayı ilə  qeydiyyatdan keçənlərin sayında fərq müşahidə edilir. 

Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər.

RegionXəbərləricom.az




Paylaş:


Müəllif : Tarix:
13-08-2024, 12:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər