reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bu maşınların arzusunda olanlara ŞAD XƏBƏR - Qiymət ucuzlaşır

reklam

Bu maşınların arzusunda olanlara ŞAD XƏBƏR - Qiymət ucuzlaşır
















Tarif Şurasının yanacaq qiymətləri ilə bağlı son qərarından sonra Ai-92 və dizelİin əksinə, “Premium” markalı benzinin qiymətində ucuzlaşma oldu. Əvvəllər litri 2 manata təqdim olunan “Premium” yanacağı 20 faiz ucuzlaşaraq, 1.60 manat dəyərində təklif olundu. Sözügedən yanacaq növü daha çox son illər istehsal olunmuş və tam müasir standartlara cavab verən nəqliyyat vasitələri üçün istifadə edilir. Belə növ maşınların bazar dəyəri də olduqca yüksəkdir. 

Bəs görəsən, “Premium” yanacağın ucuzlaşması, onun istifadə edildiyi avtomobillərin qiymətinə də təsir göstərəcəkmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, sözügedən maşınların istismar davamlılığı üçün bu yanacaqdan istifadə mütləq şərtdir:  Klinikalar

“Premium yanacaqla istifadə olunan maşınların alışı hər kəs üçün əlçatan deyil. Adətən, bu yanacaq növü daha yüksək qiymətlərə malik avtomobillər üçün nəzərdə tutulub. Bu yanacaq növünün digər yanacaqların qiyməti ilə müqayisədə qiymətinin baha olması ilə yanaşı, onun keyfiyyəti də fərqlidir. Yəni bəzi avtomobillər var ki, onların istifadəsi zamanı yanacağın “Premium” olması mütləq şərtdir. Həmin maşınlara başqa növ yanacaq tökdükdə mühərrik sıradan çıxır və digər problemlər yaranır. Bu istiqamətdə bir sıra islahat və dəyişiklik etmək olar”. 

Ekspertin fikrincə, “Premium” yanacağının ucuzlaşması nəqliyyat vasitələrinin qiymətinə elə də ciddi təsir etməyəcək: 

“Məsələn, ölkədə gətirilən elektromobillər və hibrid avtomobillərin hansı yanacaqla işləməsi, onların yanma mühərriklərinə nə dərəcədə təsir edəcəyi, beynəlxalq standartlara əsasən qəbul olunmuş yanacaq sistemləri ilə ölçülür. Misal üçün, hər hansı bir hibrid avtomobil Çin istehsalıdırsa, onun Azərbaycandakı istifadəsi mütləq şəkildə onun baza prinsiplərinə uyğun olaraq, yanacaq qatqılarından ibarət olmalıdır. “Premium” markalı yanacağın özünün də müəyyən qatqıları olur. Ümumiyyətlə, bu yanacaq növü həmişə bahalı olub və ondan istifadə olunan maşınlar da eyni dərəcədə yüksək qiymətə təklif olunub. Düşünmürəm ki, nisbi ucuzlaşma avtomobillərin qiymətinə təsir etsin”.




Paylaş:


Müəllif : Tarix:
13-08-2024, 16:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər