reklam
Regionxeberlericom.az » Cəmiyyət » SEPAH-ın bakı ilə bağlı gizli planı

reklam

SEPAH-ın bakı ilə bağlı gizli planı

Yaxın Şərqdə artan gərginlik Cənubi Qafqaza, o cümlədən Azərbaycana təsirsiz ötüşmür. İran Prezidenti M.Pezeşkian İsrailin yaxın qonşularda mövqelərinə zərbə endirməyi təklif edərkən, Azərbaycanın adı çəkilib, yəni İsrailin ölkəmizdəki səfirliyinə qarşı həmlə nəzərdə tutulub. Əlbəttə, Azərbaycan başqa dövlətlərin mübarizə və müharibə meydanı deyil. 

Maraqlıdır ki, bu mövzu ətrafında müzakirələr davam edərkən İsrailin “Kan” televiziyası İsrail ordusunun İrandan gələn hücum təhlükəsi fonunda hərbi qulluqçularına Azərbaycan və Gürcüstanda qalmağı qadağan etməsi barədə dezinformasiya yayıb. Bu, açıq-aşkar təxribatdır. Azərbaycanda İsrailə məxsus hərbi birlik və ya hərbçilər yoxdur. İsrailin dövlət televiziyası bu təxribatçı xəbərlə İrandakı anti-Azərbaycan mövqeyində dayanan mühafizəkar dairələrin və SEPAH generallarının əlinə oynayıb. Çünki məhz onlar illərdir İsrailin Azərbaycanda hərbi varlığı haqqında əfsanələr yayırlar. İndi də deyəcəklər ki, “gördünüz, bunu İsrail də təsdiq edib”. Yaxın Şərqdəki gərginlikdə və İran-İsrail qarşıdurmasında tərəf olmasaq da, bizi alovun içinə atmaq istəyirlər. Belə bir vəziyyətdə Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyin əhəmiyyəti bir daha görsənir.

Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında deyib ki, İranda İsraillə qarşıdurmanı Azərbaycan platformasına keçirmək istəyən qüvvələrin olduğu bəllidir. Onun sözlərinə görə, bu kontekstdə Pezeşkianın SEPAH-a “İsraillə qarşıdurmada Azərbaycanı vurmaq” təklifini verdiyi haqda yayılan informasiyalar diqqət çəkir:  turbo az mercedes

"Pezeşkianın azərbaycanlı olması onun Azərbaycan maraqlarını İranın maraqlarına qurban verəcəyi demək deyil. Əksinə, rejimin içindən çıxan doktorun lazım gələrsə, hər şeyə əl atacağı, yaxud rejimin anti-Azərbaycan qərarlarına qarşı çıxmaq gücündə olmadığı aydındır. Lakin o da aydındır ki, İsraillə qarşıdurmadan çəkinən Pezeşkianın Azərbaycanla normallaşma prosesini də dəstəkləyir. Bu baxımdan, onun “Azərbaycanı vuraq” mövqeyindən çıxış etməsi şübhəlidir. Belə bir informasiyanın tirajlanması İran daxilində Azərbaycana qarşı olan qüvvələrin – SEPAH-ın özünün marağındadır. Azərbaycanla normallaşma prosesini dəstəkləyən Pezeşkianı Bakı ilə üz-üzə qoyur. Cənubi Azərbaycanda Pezeşkiana olan inamı zədələyirlər. İstisna deyil ki, SEPAH İsraillə mümkün qarşıdurmada Azərbaycanı hədəfə almaq, yaxud Bakıya qarşı köhnə təhdidləri yeniləmək ssenarisini də hazırlayır. Pezeşkianın adından belə bir məlumatın yayılması hadisələrin inkişafında Bakının rəsmi Tehranla diplomatik təmaslarına maneələrin yaradılması məqsədi daşıyır. Hərçənd Tehran Bakı ilə normallaşma prosesinə şübhələrin yaranmaması üçün Pezeşkianın adından yayılan bəyanatı təkzib etməlidir". 

Paylaş:

Müəllif : Tarix:
14-08-2024, 15:16
Sikayət   

loading...
Загрузка...

Oxşar Xəbərlər