reklam
Regionxeberlericom.az » Cəmiyyət » Talıbovlar yenə Ali Məclisə gəlmədi

reklam

Talıbovlar yenə Ali Məclisə gəlmədi
















Avqustun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının ilk iclası keçirilib. 

İclasda “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında”, “Büdcə sistemi haqqında”, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik edilməsi barədə məsələlər müzakirə olunub.

Naxçıvan Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sədrliyi ilə keçirilən iclasda məclisin sabiq sədri Vasif Talıbov və oğlu Seymur Talıbov yenə görünməyib.  dirnaq modelleri

Ali Məclisin 7 saylı Aralıq seçki dairəsindən seçilən deputatı Vasif Talıbov və 25 saylı Naxçıvan şəhər seçki dairəsinin deputatı Seymur Talıbov iclasda iştirak etməyib. Onların hansı səbəbdən iclasda iştirak etmədiyi məlumat deyil.

Qeyd edək ki, hər iki deputat Ali Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edir. Bundan əvvəl Vasif və Seymur Talıbovların sentyabrı 1-də keçiriləcək seçkilərdə namizəd olmayacağı barədə xəbər vermişdik./Modern.az 

Ali Məclisin bugünkü iclasından çəkilən fotoları təqdim edirik:


 




Paylaş:


Müəllif : Tarix:
14-08-2024, 15:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər