Əmək hüquqlarını pozan hüquqi şəxs cərimə edilib
"EOS QRUP" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən əmək hüquqlarının pozulması faktı ilə bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsin hörgü blokları istehsal edən zavodda istehsal rəisi vəzifəsini yerinə yetirmək işinə cəlb edilməsi müəyyən edilib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.
Eyni zamanda cəmiyyətin direktoru Hüsniyə Məmmədova barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qarabağ Regional Şöbəsinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində inzibati cərimə edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-08-2024, 15:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər