Silahları könüllü təhvil verənlərə DİN zəmanət verir - Çağırış
“Hələ də bəzi şəxslərdə qanunsuz saxlanılan odlu döyüş silahları, sursatlar var. Müharibə qalıqlarıdır. Kimdə varsa, könüllü təhvil verilməlidir”.
Bu sözləri DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev deyib.
O, polis əməkdaşlarına avqustun 14-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 2 tüfəng, 2 patron darağı və 54 ədəd müxtəlif çaplı sursatın könüllü təhvil verildiyini bildirib:
“O silahları təhvil verənlər ilk növbədə özünü və ailəsini məhrumiyyətlərdən xilas edir. Bilir ki, əməliyyat tədbirləri ilə tutulsa, cinayət məsuliyyətinə cəlb olunacaq. Silah təhlükə mənbəyidir, geci-tezi var, o silahı gizlədən şəxs onu bir gün çıxaracaq. Bu sirr deyil ki, əsəb gələndə, sərxoş olduqda insanın ağılı gedir, affekt halı yaranır, yaxud şəxsiyyət ikiləşir. Heç kim deyə bilməz ki, əsəbiləşən, sərxoşluq halında olan biri o silahdan istifadə etməyəcək. Ona görə də bir daha çağırış edirik, o silahlardan kimdə varsa, könüllü təhvil versin. Bu halda məsuliyyət yaranmır. Bununla bağlı zəmanət veririk, diqqətə çatdırırıq ki, cinayət aləti olmayan silahları könüllü təhvil verən şəxslərlə bağlı indiyə qədər hər hansı tədbir görülməyib və görülməyəcək”.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-08-2024, 11:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər