reklam
Regionxeberlericom.az » Cəmiyyət » Valideyn BŞTİ-dən narazıdır: "Övladıma yaşına uyğun olmayan sual verib, imtahandan kəsdilər"

reklam

Valideyn BŞTİ-dən narazıdır: "Övladıma yaşına uyğun olmayan sual verib, imtahandan kəsdilər"



















"Övladım ötən il 1-ci sinfə imtahan verdi. Düzdür, keçən il o zəif idi, çəkindi, imtahana hazırlıqlı deyildi. Elə oldu ki, imtahandan kəsildi. Öz-özümə fikirləşdim ki, eybi yoxdur, xeyirlisi, gələn il imtahan verib qəbul olar. Tam hazırlaşandan sonra bu il imtahan verdi. Çox da gözəl hazırlaşmışdı. Bir-iki suala cavab tapa bilmədi. Rus dilində imtahan götürən şəxs övladıma belə bir sual verdi ki, sənin barmağın sınsaydı, nə edərdin? Uşaq da qorxudan durub üzümə baxdı. Bərk həyəcanlandı. Mənə dedi ki, ay ana, məktəbə gedənin məgər barmağı sınır? Bir də kağızda təsvir etdilər ki, uşaq dənizdə qumla oynayır, topla oynayır, demədi ki, bir uşaq da çimir. Bu iki suala cavab vermədiyi üçün onu imtahandan kəsdilər".

Bunu Moderator.az-a açıqlamasında şikayətçi valideyn Ayana Əliyeva deyib. O, daha sonra məhkəməyə müraciət etdiyini bildirib.

"Apellyasiya məhkəməsinə verdim. Təbii ki, bu, balaca uşaqdır, hər şeyi bilməyə bilər. Oxumalıdır ki, öyrənsin də. İki suala cavab verə bilmədi deyə, o demək deyil ki, rus dilində bilmir. Onun qardaşı da rus dilində oxuyur, evdə rus dilində danışırlar. Apellyasiya məhkəməsində də bizim iddialarımızı qəbul etdilər. Bu sual düzgün, uşağa veriləsi sual deyil. Amma məhkəmənin nəticəsi də onların xeyrinə oldu. Bizi qane etmədi. İki il qızım üçün müəllim tutmuşam, hazırlıqlara pul tökmüşəm ki, onu imtahanda kəssinlər? Oğlum 53 nömrəli məktəbdə rus dili sektorunda oxuyur. Qızımı Azərbaycan dili bölməsinə saldılar. Bu necə olacaq ki? Bizim üçün çox çətin olacaq ki, onlarla məşğul olaq. Təsəvvür edin, biri Azərbaycan dilində təhsil alacaq, biri də rus dilində", - deyə şikayətçi valideyn əlavə edib.

Mövzu ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxlanılıb. İdarədən bildirilıb ki, müsahibələr may ayında olub.

"Şikayətçi apellyasiyaya verib, yenə də mənfi cavab alıb. Valideyn əsassız olaraq istəyini təmin etdirmək istəyir. Həmin müsahibələr vidoçəkilişlə aparılır, apellyasiya verəndə də cavab videoçəkiliş əsasında yenidən qiymətləndirilir", - deyə bildirilib.




Paylaş:


Müəllif : Tarix:
16-08-2024, 11:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər