reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Vergi borcu olanlar sırasında sabiq məmurların da adına rast gəlinir” - Təmraz Tağıyev

reklam

“Vergi borcu olanlar sırasında sabiq məmurların da adına rast gəlinir” - Təmraz Tağıyev


















“Bu gün bələdiyyələrin əsas vəzifəsi qanunvericiliyin verdiyi imkandan yararlanaraq vergilərin vaxtında toplanılması olmalıdır”. 

Bu fikirləri Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.

Sədr bildirib ki, hazırda vergi xidməti bildirişlərin vaxtında paylanılması üçün ciddi addımlar atır: “Bir tərəfdən vergi müfəttişləri, digər tərəfdən də SMS xidmətindən istifadə edərək sakinlərə vergi borclarının ödənilməsi ilə bağlı bildirişlər göndərilir. Məhz bu cür addımların sayəsində büdcə gəlirlərimiz əvvəlki illərlə müqayisədə kifayət qədər artıb”.

Sədr qeyd edib ki, vergi ödəyicilərimiz bəzən vergilərini vaxtında ödəməyə maraqlı olmurlar: “Təəssüf edirəm ki, bir çox hallarda vergi borcu olanlar sırasında sabiq məmurların da adına rast gəlinir. Onlar bələdiyyənin fəaliyyətinə dəstək vermək əvəzinə, bir çox hallarda problem yaradır, borcu ödəməmək üçün min bir bəhanə axtarır və hətta məhkəməyə də üz tuturlar. Misal olaraq qeyd edim ki, Nərimanov bələdiyyəsinin 126 nömrəli 12.09.2023-cü il tarixli icra sənədi üzrə borclu Kərimov Turalın  4.215 manat vergi və əmlak borcu tutularaq Nərimanov bələdiyyəsinin xeyrinə ödənilməli olan borcu könüllü icra üçün müəyyən edilən vaxtda təmin edilməyib.

Bu səbəbdən də “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1 maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi qərara alınıb. Hazırda prosesin hansı durumda olması barədə bələdiyyənin sorğusuna  Nərimanov rayon İcra şöbəsinin rəsmi cavabını olduğu kimi təqdim edirik: “Sizin şifahi sorğunuza cavab olara bildiririk ki, Nərimanov bələdiyyəsinin 12.09.2023-cü il tarixli qərarına əsasən Kərimov Turaldan 4215 manat əmak və torpaq vergi borcu tutulmalıdır. 

Göstərilən icra sənədinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulmuş və o ölkə hüdudlarından kənarda olduğundan axtarış tədbirləri həyata keçirilir”.

Təəssüf ki, Kərimov Tural vergi borcunu ödəmək əvəzinə həm bələdiyyəyə, həm də bələdiyyə sədrinə qarşı şər-böhtan atmaqla məşğul olması hər bir bələdiyyə üzv və qulluqçusunda narahatlıq yaradıb.  

Bu cür halların qarşısının alınması məqsədi ilə bələdiyyə sədri olaraq biz qarşı tərəf barəsində iddia ərizəsi ilə Nərimanov məhkəməsinə müraciət etmişik. İddiada qarşı tərəfə həm üzr istənilməsi, həm də külli miqdarda təzminat ödənilməsi qaldırılıb. Sədrin  şərəf və ləyaqətin alçaldılması ilə bağlı qaldırılan  iddiaya əsasən qərara almışıq ki, əldə olunan maliyyə vəsaitini rayondakı şəhid və qazi ailələrinin problemlərinin həllinə yönəldək.

Sədr bildirib ki, Kərimov Tural Salyan RİH-in sabiq başçısı Tahir Kərimovun oğludur və uzun müddətdir xarici ölkələrin birində yaşayır. Bizim bələdiyyə ilə “mübarizəni” də məhz yaşadığı ölkədən aparır. 

Fəaliyyətləri dövründə belə hadisələrlə tez-tez rastlaşdıqlarını qeyd edən sədr vətəndaşın  bu hərəkətini pisləyir, münasibətlərin məhkəmə müstəvisində  çözüləcəyini və ədalətli  qərarın qəbuluna nail olacaqlarını bildirib. 

Sədr sonda qeyd edib ki, rayon icra şöbəsi ilə sivil əməkdaşlıq əlaqələrinin qurulması sayəsində cari ildə əldə olunan maliyyə vəsaitinin 12 faizi məhz bu istiqamətdən daxil olub.  

Sədr bir daha vergi ödəyicilərinə müraciət edərək onlara vergilərini vaxtında ödəməyə çağırııb.





Paylaş:


Müəllif : Tarix:
16-08-2024, 15:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər