Elektrik enerjisinin limiti artırıla bilər? - Açıqlama
Son günlər yenidən elektrik enerjisinin istifadəsi üçün limitinin artırılması məsələsi gündəmə gəlib.
İqtisadçı-ekspert Pərviz Heydərov Lent.az -a bildirib ki, hazırda bununla bağlı mövcud tariflərə daha diferensiallaşdırılmış şəkildə baxılması zərurəti yaranıb:
“Son dövrlərdə ölkənin elektroenergetika sahəsində çox böyük işlər görülür, investisiyalar yatırılır. Mövcud stansiyalar yenidən qurulur, yaxud yeniləri açılır. Prezident İlham Əliyev yaxınlarda Bakıda “Şimal-2” Elektrik Stansiyasının istismara verilməsi ilə bağlı mərasimdə iştirak etdi.
Hazırda bu sahədə görülən işlər əlavə vəsaitlər tələb edir və bunun müəyyən hissəsi kreditlər hesabına həyata keçirilir. Bu baxımdan stansiyalardan qazanc şəklində qısa müddətdə geriyə vəsaitin əldə edilməsi problemləri mövcuddur. Amma bununla belə, hesab edirəm ki, əhalinin orta təbəqəsi üçün elektrik enerjisi sahəsində mövcud limitin müəyyən dərəcədə artırılmasına ehtiyac var”.
İqtisadçı-ekspert əlavə edib ki, əgər limit artırılarsa, bu qərar ölkənin enerji balansı, istehlakı üçün ciddi fəsadlara, itkilərə səbəb ola bilməz.
Qeyd edək ki, hazırda əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olanlar üçün 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Xatırladaq ki, Tarif Şurasının 2019-cu il aprelin 30-dakı qərarı ilə əhali üçün təbii qazın güzəştli tariflə illik istehlak limiti 1 700 kubmetrdən 2 200 kubmetrədək artırılıb. Bununla da bu il mayın 1-dən etibarən qüvvəyə minən qərara əsasən, ildə 2 200 kubmetrə qədər qazdan istifadəyə görə ödəniş hər kubmetrə görə 10 qəpikdən hesablanır. İstehlak olunan qazın 2 200 kubmetrdən çox olan hissəsi üçün isə hər kubmetrə görə 20 qəpik ödənilir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:29-09-2019, 11:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:29-09-2019, 11:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45