reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Azərişıq" əlavə olaraq reaktiv enerji borcu yazır? - Ay ərzində 790 AZN...

reklam

"Azərişıq" əlavə olaraq reaktiv enerji borcu yazır? - Ay ərzində 790 AZN...













"Azərişıq" ASC, qeyri-əhali üçün "süni borc" yaradıb və izahını verməmək sizə hörmət gətirməz. Hazırda heç bir əsas vermədən 790 AZN müəmmalı şəkildə pul silmisiniz hesabımızdan.

Pravda.az-ın xəbərinə görə, bunu iş adamı Ceyhun Aşurov bildirib.

""199 qaynar xətt"inə cavab verən yoxdur. Bildiririk ki, 01 avqust 2024 il tarixdə saat 14:26-da Həsən Əliyev 9C ünvanında yerləşən "New Baku hotel"in sayğacına 100 AZN vəsait "Kapital Bank"ın mobil tətbiqi vasitəsi ilə yüklənib. Lakin vəsait sayğaca oturmayıb. Bu məsələ barədə "Azərişıq" ASC-nin "199 çağrı mərkəzi"ndən məlumat almaq istədikdə, bizə yüklənilən 100 AZN vəsaitin borca(!?) silindiyi bildirildi. Yeni nəsil SMS sayğacında borcun necə yaranması barədə sualıma cavab ala bilmədim. 02 avqust 2024 il tarixdə Hotelin elektrik enerjisi ilə təminatının kəsilməməsi üçün, saat 07:40-da 100 AZN və 07:46-da 100 AZN (toplam 200 AZN) vəsait Kapital bankın mobil tətbiqi vasitəsi ilə tərəfimizdən məcburən yüklənilib. Bu vəsait sayğaca tam şəkildə oturub. 03 avqust 2024 il tarixdə saat 10:11-də sayğaca 200 AZN vəsait Kapital bankın mobil tətbiqi vasitəsi ilə tərəfimizdən ödəniş etdikdə, yenidən eyni problem yaşadıq, vəsait sayğaca oturmadı. Bu dəfə çağrı mərkəzinə yox, əraziyə nəzarət edən "Azərişıq" ASC-nin Azər adlı əməkdaşı ilə əlaqə saxladıq və bu məsələyə aydınlıq gətirilməsini xahiş etdim. O öz növbəsində hotelin elektrik enerjisinə görə "reaktiv enerji borcunun" (!?) yaranması barədə bizə məlumat verdi. Lakin mənə verilən bu absurd məlumatdan sonra, bir sıra aşağıdakı suallar yarandı ki, Azər bəy onları cavablandıra bilmədi:

- "Reaktiv enerji borcu" nədir?

- Yeni nəsil SMS sayğacında "reaktiv enerji borcu" necə yarana bilər?

- Nə üçün borc barədə "Azərişıq" ASC tərəfindən abonentə öncədən heç bir məlumat verilməyib?

- "Reaktiv enerji" barədə məlumat "Azərişıq" ASC ilə abonent arasında olan müqavilənin hansı bəndində əksini tapıb?

- Yeni nəsil SMS sayğacında borc yarandığı halda abonentin məlumatsız olma səbəbi?

- Nə üçün bizə bu "reaktiv enerji borcu" barədə rəsmi sənəd, çıxarış, arayış təqdim edilmir?

Bizdə ödənişdən öncə sayğac göstəricinin şəkili hər zaman çəkilir, hesablarımızı dəqiq təqib etmək üçün. Lazım gələrsə, bu şəkilləri təqdim edə bələrik. Bununla bağlı 06 avqust tarixdə "Azərişıq" ASC-yə email vasitəsi ilə və rəsmi saytdan müraciət etməyimizə baxmayaraq, heç bir cavab almamışıq. 15 avqust 2024 il tarixdə saat 10:41-də sayğaca 150 AZN vəsait Kapital bankın mobil tətbiqi vasitəsi ilə tərəfimizdən ödəniş olundu və yenə vəsait sayğaca oturmadı. Bir saat bundan sonra saat 11:44-də sayğaca 100 AZN vəsait Kapital bankın mobil tətbiqi vasitəsi ilə tərəfimizdən ödəniş olundu, lakin bu vəsait də sayğaca oturmadı. Hotelin elektrik enerjisi ilə təminatının kəsilməməsi üçün, saat 12:04-də 250 AZN, Kapital bankın mobil tətbiqi vasitəsi ilə tərəfimizdən məcburən yüklənilib. Bu vəsaitdən isə sayğaca cəmi 10 AZN oturdu. Beləliklə 15 avqust tarixdə 500 AZN toplam ödədiyimiz məbləqdən 490 AZN müəmmalı şəkildə silindi. Belə ki, cəmi avqust ayı ərzində "Azərişıq" ASC tərəfindən heç bir rəsmi izah, ya da arayış olmadan, toplam 790 AZN müəmmalı şəkildə silinib", - o qeyd edib.




Paylaş:


Müəllif : Tarix:
17-08-2024, 11:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər