reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Təranə 3 qardaşı ilə itkin düşmüşdü, 2 ayın gəlini idi” - Video

reklam

“Təranə 3 qardaşı ilə itkin düşmüşdü, 2 ayın gəlini idi” - Video

















Xəbər verdiyimiz kimi, Kəlbəcərdə itkin düşən mülki şəhid Təranə Zeynalovanın nəşinin qalıqları tapılaraq ailəsinə təhvil verilib. O, Bərdə şəhər qəbiristanlığında dəfn olunub.

RegionXəbərləricom.az “Xəzər Xəbər”ə istinadən məlumatına görə, Təranə ilə yanaşı, onun ailəsinin əksər üzvü Birinci Qarabağ müharibəsində itkin düşüb.

Yaxınları bildirib ki, T. Zeynalova o vaxt iki ay imiş ki, ailə qurubmuş. Hadisə baş verən gün isə atasıgilə qonaq gəlibmiş. 1993-cü il martın 31-də təhlükə yarananda qohumları onu da götürüb Kəlbəcəri tərk etmək istəyiblər. Rayonun Qamışlı kəndi istiqamətində, “Tunel” deyilən yerdə qardaşları Məhəmməd, Nizami və Farizlə və əmisi uşaqları ilə birgə itkin düşüb.

Hələlik həmin itkinlərdən sadəcə Təranə Zeynalovanın qalıqları Laçının Malıbəy kəndi istiqamətində tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, Təranə  Davud qızı Zeynalova 1970-ci ildə Kəlbəcərdə anadan olub.

Daha ətraflı videomaterialda:




Paylaş:


Müəllif : Tarix:
17-08-2024, 13:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər