Qazaxıstan meymunçiçəyi ilə bağlı hərəkətə keçdi
Qazaxıstan hakimiyyəti meymunçiçəyi xəstəliyinin ölkəyə keçməsinin qarşısını almaq üçün hava limanlarında və sərhəd keçid məntəqələrində sanitar və karantin tədbirlərini gücləndirib.
TASS xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Səhiyyə Nazirliyi infeksiyanın ölkəyə daxil olmasının qarşısını almaq üçün lazımi tədbirlər görüb və sanitar karantin məntəqələrində, o cümlədən hava limanlarında və sərhəd-keçid məntəqələrində nəzarət tədbirləri gücləndirilib. Bundan başqa meymunçiçəyi xəstəliyinin qeydə alındığı ölkələrdən gələn vətəndaşlara isə xüsusi diqqət yetiriləcək”, - deyə bildirilib.
Nazirlik endemik ölkələrə səfər etməyi planlaşdıran vətəndaşlara müəyyən ehtiyat tədbirlərinə əməl etməyi, xüsusən də xəstə insanlar və vəhşi heyvanlarla təmasdan qaçmağı tövsiyə edib.
Qeyd olunub ki, Qazaxıstanın özündə bir dənə də olsun virusa yoluxma halı qeydə alınmayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-08-2024, 18:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər