reklam
Regionxeberlericom.az » Cəmiyyət » Putinin Bakı səfərində diqqətçəkən detal - Foto

reklam

Putinin Bakı səfərində diqqətçəkən detal - Foto

















Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bir neçə dəqiqə öncə Bakıya gəlib. Onun təyyarəsi Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib. 

RegionXəbərləricom.az Globalinfo.az-a istinadən xəbər verir ki, Rusiya prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və bir sıra rəsmi şəxslər qarşılayıblar.

V.Putinin Bakı səfərində diqqətçəkən detal var. Belə ki, onun zirehli xidməti avtomobili trapın yaxınlığında sahibini gözləyib. Həmçinin Rusiya prezidentinin xidməti maşınını müşayiət edən kortejdəki avtomobillər də onun mühafizəsində iştirak edirdilər. dirnaq modelleri

Görünür, təhlükəsizliklə bağlı avtomobil karvanı, xidməti maşın daxil olmaqla, xüsusi reyslə Bakıya gətirilib.

Xatırladaq ki, bu cür təcrübələrə ayrı-ayrı böyük ölkələrin prezidentlərinin dövlət səfərlərində vaxtaşırı rast gəlinir. Əsasən ABŞ prezidentinin, bəzi hallarda Türkiyə dövlət başçısının xarici səfərlərində onların zirehli xidməti maşınları həmin ölkəyə aparılır.





Paylaş:


Müəllif : Tarix:
18-08-2024, 23:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər