reklam
Regionxeberlericom.az » Cəmiyyət » Oğlunun ölümündən 20 gün sonra səhnəyə çıxdı, tənqid edildi

reklam

Oğlunun ölümündən 20 gün sonra səhnəyə çıxdı, tənqid edildi

















Türkiyəli müğənni Safiye Soyman oğlunun ölümündən 20  gün sonra səhnəyə çıxıb.

O, bununla bağlı öz instaqram hesabında paylaşım edib.

“Oğlum həmişə səhnədə olmağımı istəyirdi. Biz sənətçilərə səhnə heç vaxt bağlana bilməz. Oğlum üçün yenidən ayağa qalxdım”, - Soyman yazıb.

Müğənninin bu hərəkəti isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

S.Soyman onu tənqid edənlərə belə cavab verib: “Bu işi 6 ay əvvəldən planlaşdırmışdıq. Hansı peşədə olursunuzsa olun, həyat davam edir. Şərhləri oxudum, bəziləri çox qəddardır. Heç kim mənim analığımı tənqid edə bilməz. 25 il oğlum üçün mübarizə aparmışam. Biz bu ölümə hazır idik. Allah daha əziyyət çəkmədən körpəmi də özü ilə apardı.

Ağrılarım son nəfəsimə qədər davam edəcək. Heç kim mənim analığımı müzakirə etməsin, hər kəs öz işi ilə məşğul olsun”.

Qeyd edək ki, müğənninin uzun illərdir dağınıq skleroz xəstəliyindən əziyyət çəkən oğlu Harun Akaroz iyulun 27-si vəfat edib.





Paylaş:


Müəllif : Tarix:
19-08-2024, 15:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər