Bu tarixdən etibarən Bakıda kirayə mənzillərin qiyməti ucuzlaşacaq
Yeni tədris ilinin başlamasına bir aydan az vaxt qalıb. Hər il olduğu kimi, yenə də tələbələr bölgələrdən Bakıya və ətrafdakı iri şəhərlərə axın edərək, kirayə mənzil axtarışına başlayacaq. Maraqlıdır, kirayə mənzil bazarında vəziyyət nə yerdədir?
Əmlak eksperti Elnur Fərzəliyev kirayə evlərlə bağlı son durumu “Yeni Sabah”a açıqlayıb:
“Hər il avqust ayının sonundan başlayaraq, sentyabrın birinci yarısınadək xüsusən paytaxt Bakı və digər böyük şəhərlərdə kirayə mənzillərə tələbat həddindən çox artır. Bu daha çox tələbələrin təhsil almaq üçün paytaxt Bakı və digər iri şəhərlərə üz tutması ilə əlaqədardır. Təbii ki, tələb çoxaldıqca mənzillərin də sayı azalmağa başlayır. Qiymətlər isə əksinə, daha da yüksəlir. Bahalaşma daha çox tələbatın artması ilə bağlı olsa da, mənzillərin kirayəsi onların satış qiyməti ilə də əlaqəlidir. Daşınmaz əmlak bazarında mənzillərin satış qiyməti artdıqca onların kirayə məbləği də bahalaşır. Bundan əlavə paytaxt ərazisində artıq 2016-cı ildən başlayaraq, pilot layihələr üzərindən köhnə çoxmənzilli yaşayış binalarının, fərdi evlərin sökülməsi səbəbilə, ucuz kirayə mənzillərin böyük bir hissəsi sökülərək, yeni tikilən binalarla əvəzlənib. Bu zaman sökülən binalarda yaşayan sakinlər yeni tikilən mənzillər onlara təhvil verilən günə qədər, ortalama 2-3 il müddətində özləri kirayə qalmalı olurlar. Yeni tikilən binalardakı mənzillər köhnələrinə nisbətən 2 dəfə baha qiymətə təklif olunur. Bu da onların satış qiyməti ilə əlaqədardır. Bu baxımdan artıq yaxın gələcəkdə paytaxt Bakıda ucuz kirayə mənzillər həm tələbələr, həm də sakinlər üçün əlçatan olmayacaq”. turbo az mercedes
Ekspert bildirib ki, tələbələrin ən böyük problemi məhz kirayə mənzillərlə bağlıdır, bunu isə həll etməyin yeganə yolu var:
“1990-cı illərin əvvəllərinə qədər bütün ali təhsil müəssisələrinin yataqxanaları var idi. Təhsil almaq üçün Bakıya üz tutan gənclər həmin tələbə yataqxanalarında qalırdılar. Beləliklə, onlar kirayə mənzil problemindən qurtulmuş olurdular. Ancaq sonra Qarabağ işğal olundu və orada gələn məcburi köçkünlərin bir hissəsi tələbə yataqxanalarına sığındılar. Artıq mərhələli şəkildə həmin məcburi köçkünlər dövlət tərəfindən evlə təmin olunub. Başqa bir tərəfdən isə 4 ilə yaxın müddətdir ki, Qarabağ ərazisində tikinti bərpa işləri gedir və məcburi köçkünlər öz yurd-yuvalarına geri dönürlər. Məcburi köçkünlərin yaşadığı yataqxanalar bu gün yaşayış tələbələr üçün əlçatan olmasa da, onların yerləşdiyi ərazi ali məktəblərə olduqca yaxın məsafədədir. Gələcəkdə həmin yataqxaların sökülərək müasir şəraitə uyğun, yeniləri ilə əvəzlənərsə, bu artıq tələbələrin böyük bir hissəsinin ev problemini aradan qaldırmış olar. Həmçinin, kirayə mənzil bazarında nisbətən yumşalma, hətta qiymətlərin aşağı enməsi də müşahidə oluna bilər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-08-2024, 15:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər