Siciliya sahillərində batan milyarderin cəsədi tapıldı
59 yaşlı britaniyalı milyarder, "Autonomy Corporation"ın həmtəsisçisi və "Invoke Capital"ın yaradıcısı Maykl Linç və qızı Hanna Linçin cəsədi İtaliya sahillərində qəzaya uğramış yaxtanın içərisindən tapılıb.
Bu barədə "The Telegraph" qəzeti məlumat yayıb. Siciliya mülki müdafiə xidmətinin rəhbəri Salvatore Koçinuya istinadən nəşr bildirib ki, Maykl Linç və qızı Hanna Siciliya sahillərində baş verən yaxta qəzasında həlak olublar.
Daha əvvəl "Reuters" xəbər vermişdi ki, dalğıclar 49 metr dərinliyə batan yaxtadan dörd nəfərin cəsədini çıxarıblar. Ölənlərin kimliyi əvvəlcə açıqlanmayıb. Hazırda yaxtanın daha iki sərnişini itkin düşənlər siyahısındadır.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-08-2024, 20:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-08-2024, 20:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 14:20
Dünən, 10:57

"İcra başçısı deyir ki, əmlakını satıb, bizə 3 milyon 200 min manat verməlisən" - ZƏRDABIN RƏHBƏRİ HAQDA ŞOK İTTİHAMLAR / FOTO