Diktatorun oğlunun 25 lüks avtomobili hərraca çıxarılır - 18 milyon dollara
İsveçrə hakimiyyəti Ekvatoril Qvineyanın prezidenti Teodoro Obinaq Nqema Mbasaqanın oğlu Teodorin Obinaq Nqemadan müsadirə edilmiş 25 lüks avtomobildən ibarət kolleksiyanı hərraca çıxarır.
Bu haqda ABC News telekanalının reportajında bildirilir.
Britaniya hərrac evi Bonhams-ın qiymətləndirmələrinə görə avtomobillərin satışından 18.5 milyon İsveçrə franskı əldə etmək mümkün olacaq. Bu, təxminən həmin məbləğdə ABŞ dolları deməkdir. Pullar isə Ekvatorial Qvineyada xeyriyyə işlərinə sərf olunacaq.
Hərraca çıxarılan avtmobillər arasında “Lamborghini Veneno” superkarı var, Bonhams hərrac evi onun satışından 5.2 milyon frank əldə etməyi gözləyir. Habelə diktatorun oğlunun “LaFerrari” hiperkarının azı 2.6 milyon franka satılması proqnozlaşdırılır.
Cenevrə prokurorluğu həmin avtomobillərə Teodorin Obinaqın Ekvatorial Qvineyada mənimsənilmiş pulların İsveçrədə yuyulması ilə bağlı başlatdığı təhqiqat çərçivəsində həbs qoyub. İş bu ilin fevralında bağlanıb. Diktatorun oğluna məxsus avtomobillərə və yaxtaya isə hələ 2016-cı ildə həbs qoyulmuşdu.
Teodoro Obinaq Ekvatorial Qvineyanı 40 ildir-1979-cu ildən idarə edir. O, hakimiyyətə doğma əmisini devirərək hərb çevriliş yolu ilə gəlib. Obianq hakimiyyətdə yüksək vəzifələrə öz qohumlarını təyin edir, məsələn, avtomobilləri müsadirə edilən Teodorin onun birinci nigahdan olan oğludur və ölkənin vitse-prezidenti vəzifəsini tutur.
Paylaş:
Müəllif : Redaktor
Tarix:29-09-2019, 22:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:29-09-2019, 22:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 12:48
“Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR
Dünən, 12:01
Rəis oğlunu mühəndis, baldızı oğlunu müavini təyin etməsinə belə cavab verdi: "Məgər ölkəmizdə eyni ailə üzvlərinin bir təşkilatda işləməsinə dair nümunələr yoxdur?"
29-01-2025, 08:59
BAŞLANDI: “Azəriqaz”da kütləvi ixtisarlar - “İşçilərin məhkəməyə müraciət etmək hüququ var”
29-01-2025, 08:36
Tanınmış alimin oğlunun müəmmalı ölümü: Üstündə külli miqdarda pul olub - TƏFƏRRÜAT
29-01-2025, 08:28