Ata və qızının ölümünə səbəb olan sürücünün cəzası məlum oldu
Sabirabadda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Rauf Zeynalovun məhkəməsi başa çatıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Zeynalov Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.
Qeyd edilib ki, 1978-ci il təvəllüdlü Rauf Zeynalov idarə etdiyi “Milli ÖN” şirkətinin inkassatoru olan “Ford Transit” markalı avtomobillə Sabirabad rayonu, Bala-Həşimxanlı kəndi ərazisində hərəkətdə olan zaman qarşısına çıxan velosipedi vurub. Nəticədə velosipedi idarə edən 1972-ci il təvəllüdlü Əliyev Suliddin Lətif oğlu hadisə yerində ölüb. Oturacaqda əyləşən qızı 2011-ci il təvəllüdlü Əliyeva Zeynəb Suliddin qızı isə xəstəxanada dünyasını dəyişib.
Ekspertizaya təqdim edilmiş videoda sürücünün saatda 50 kilometr sürət təyin edilmiş yolda avtomobili 93 km/saatla idarə etməsi məlum olub.
Məhkəmədə S.Əliyevin həyat yoldaşı təqsirləndirilən sürücünü bağışladıqlarını, onun dəymiş zərəri ödədiyini bildirib.
Məhkəmə R.Zeynalovu Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib. Ona 4 il sürücülük hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Cəzanın məntəqə tipli müəssisədə çəkilməsi qeyd edilib və sürücü barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib və azadlıqda qalıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-08-2024, 10:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər