reklam
Regionxeberlericom.az » Cəmiyyət » Seçkilərlə bağlı sensasion iddia: 10 dairədə nəticələr ləğv ediləcək

reklam

Seçkilərlə bağlı sensasion iddia: 10 dairədə nəticələr ləğv ediləcək
















Sentyabrın 1-də ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Hazırda 125 mandat uğrunda 1000-dən artıq namizəd mübarizə aparır. Onlar hakim Yeni Azərbaycan Partiyasını, müxalifəti və bitərəfləri təmsil edirlər. 

Növbədənkənar parlament seçkiləri ilə bağlı sensasiya sayıla biləcək məlumat əldə olunub. YAP rəhbərliyində təmsil olunan şəxslərdən biri bizimlə söhbət zamanı seçkilərin nəticələrinə dair maraqlı iddia ilə çıxış edib. Onun sözlərinə görə, sentyabrın 1-də 125 deputat seçilsə də, MSK yalnız 115 nəfərin qələbəsini təsdiq edəcək. Ən azı 10 dairədə seçkinin nəticələri etibarsız sayılacaq. 

Mənbə deyib ki, nəticəsi etibarsız sayılacaq dairələrdə marafonu qələbə ilə başa vurmuş namizədlərin arasında həm YAP-ın, həm müxalifətin, həm də bitərəflərin nümayəndələri olacaq. Dairə Seçki Komissiyaları tərəfindən qalib elan edilən ən azı 3 YAP-çı namizədin MSK tərəfindən mandatsız qoyulacağı iddia olunur.  dirnaq modelleri

Məlumatlı şəxs 10 dairədə seçkinin nəticələrinin hansı səbəbdən ləğv olunacağına da aydınlıq gətirib. Bildirib ki, həm iqtidar düşərgəsində, həm də müxalifətin və bitərəflərin təmsil olunduğu cinahda Milli Məclisə düşməyə layiq olan xeyli şəxs var. Amma hakimiyyətdə təmsil olunan bəzi məmurların ambissiyası üzündən həmin şəxslər mübarizədən kənarda qalıb: "Təkrar seçkilərdə həmin adamlara şans veriləcək". 

Mənbənin sözlərinə görə, boş qalmış yerlərə gələn ilin yanvarında təkrar seçkilər keçiriləcək. 




Paylaş:


Müəllif : Tarix:
22-08-2024, 10:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər